AZAL təyyarəsi ətrafında “siçan-pişik oyunu”: Kreml məsuliyyətdən yayınmaq üçün hər şey edir

AZAL təyyarəsi ətrafında “siçan-pişik oyunu”: Kreml məsuliyyətdən yayınmaq üçün hər şey edir
SİYASƏT
14:58 07.01.2026
771

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işinə xitam verilməsinin səbəblərini izah etdiyi iddia olunan məktub böhran ətrafında sualları daha da artırıb.

İddia edilən məktubda qəzanın guya hava şəraiti səbəbindən təyyarənin marşrutunu dəyişməsi nəticəsində baş verdiyi qeyd olunur, atəş açılması faktına isə ümumiyyətlə toxunulmur. Bu yanaşma həm məntiqə, həm də indiyədək açıqlanmış rəsmi mövqelərə açıq şəkildə ziddir.

Bastrıkinin irəli sürdüyü arqumentlər qəza ilə bağlı Rusiyanın da təmsil olunduğu beynəlxalq komissiyanın ilkin araşdırma nəticələri ilə üst-üstə düşmür. Daha önəmlisi, bu mövqe Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Prezident İlham Əliyevlə görüş zamanı səsləndirdiyi fikirlərlə də ziddiyyət təşkil edir. Putin həmin görüşdə hadisənin sırf texniki və ya meteoroloji səbəblərlə izah edilə bilməyəcəyini dolayısı ilə etiraf etmişdi.

Belə bir məktubun gündəmə gətirilməsi Rusiyanın məsuliyyətdən yayınmaq və hadisəni süni şəkildə "hava şəraiti” pərdəsi arxasında gizlətmək cəhdi kimi qiymətləndirilir. Bu yanaşma nə həlak olanların xatirəsinə hörmətlə, nə də dövlətlərarası münasibətlərin elementar etik normaları ilə uzlaşır.

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Rusiya bu məsələdə ikiüzlü və ziddiyyətli siyasət aparır:

"Rusiya bu məsələdə yenə də ziddiyyətli mövqe sərgiləyir. Bir tərəfdən oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan tərəfi ilə müzakirələr apardı, cinayətkarların cəzalandırılacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vədlər verdi. Lakin müəyyən müddət sonra Rusiya İstintaq Komitəsinin rəhbəri təyyarənin vurulması ilə bağlı cinayət tərkibinin olmadığını açıqladı. İndi isə belə bir məktubun ortaya çıxması onu göstərir ki, Rusiya faktiki olaraq məsuliyyəti üzərinə götürmək istəmir”.


Politoloqun sözlərinə görə, Rusiya nə günahı etiraf edir, nə də kompensasiya ödəmək niyyətindədir.

"Görünən odur ki, kompensasiya ödənilməyəcək. Bu da məsələnin mahiyyətini açıq şəkildə ortaya qoyur”.

E.Şahinoğlu qeyd edib ki, məsələ tam həllini tapmayınca iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil:

"Azərbaycan tərəfi haqlı olaraq tələb edir ki, günahkarlar cəzalandırılsın və zərərçəkənlərə kompensasiya ödənilsin. Lakin Rusiya bu tələbləri yerinə yetirmək istəmir. Təyyarə qəzası ilə bağlı tam aydınlıq yaranmayana qədər münasibətlərin əvvəlki səviyyəyə qayıtması mümkün deyil. Rusiya qonşu dövlətdir, iqtisadi əlaqələr və müəyyən təmaslar davam edə bilər, lakin siyasi münasibətlər normallaşmayacaq”.

Politoloq vurğulayıb ki, Rusiya kimi böyük dövlət üçün kompensasiya ödəmək problem deyil:

"Rusiya böyük dövlətdir və kompensasiya ödəmək onun üçün çətin məsələ deyil. Sadəcə bunu etmək istəmirlər. Əgər istəsəydilər, indiyədək üzr istənilə, səhv etiraf edilə və kompensasiya ödənilə bilərdi. Rusiya imperiya təfəkküründə olan ölkədir və üzr istəməyi zəiflik kimi qəbul edir. Gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi baş verərsə, münasibətləri bərpa etmək mümkün ola bilər”.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini həyata keçirən "Embraer 190” tipli təyyarə Aktau şəhərindən 3 kilometr məsafədə qəzaya uğrayıb.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi