"Azal" "Xəzər"i başıaşağı yola saldı

İDMAN
20:28 13.03.2011
2097

Futbol ictimaiyyətinin əsas diqqəti ilk “altılıq” oyunlarına yönəldiyindən “Turan” – “Gəncə” və MOİK – “Qəbələ” qarşılaşmaları o qədər də böyük maraq kəsb etmirdi. Qərb derbisində meydan sahibləri qələbə qazanıbsa, “Bakı”nın bazasına sığınan “hərbçilər” təqibindən 1 xal almağı bacarıblar.

Çempionluğa ən real namizədlər “Neftçi” ilə “Xəzər Lənkəran” isə fərqli nəticələrə imza atıblar. Hər 2 matçda 1 qol vurulsa da əvvəl meydan sahibləri, sonra qonaqlar qalib gəliblər. Bakılılar paytaxt derbisində gözlənildiyi kimi “Bakı”nı məğlub ediblər. “Ağ-qaralar” yenə Flavinyonun qolu ilə seviniblər.

Lənkəran təmsilçisi isə gözlənilmədən AZAL-a məğlub olub. Bununla da liderlə izləyicisi arasında xal fərqi 4-ə çatıb. “Xəzər Lənkəran”ın büdrəməsi “Neftçi” il yanaşı “Qarabağ”ı da sevindirib. Bel ki, onların 2-ci yerlə xal fərqi 2-yə çatıb. Liderlərin növbəti tur üz-üzə gəlməsi isə ağdamlıların mövqeyini daha da yaxşılaşdıra bilməsindən xəbər verir.

13 mart

14:00. "Turan" - "Gəncə" - 1:0
QOL: Yasin Abbasov, 27
QIRMIZI VƏRƏQƏ: Patris Nuleu, 39
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 1:1, 2:1

14:00. MOİK - "Qəbələ" - 1:1
QOLLAR: Emin Cəfərquliyev, 55 - Deon Barton, 50
QIRMIZI VƏRƏQƏ: Ramin Tanrıverdiyev, 61
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:3

14:00. AZAL - "Xəzər Lənkəran" - 1:0
QOL: Enyo Krastovçev, 76
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:2

16:00. "Bakı" - "Neftçi" - 0:1
QOL: Flavio Aleks Valensio, 8
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar – 0:2, 2:0

 

OXŞAR XƏBƏRLƏR