Azər Əhmədov vəzifəsindən azad edildi

Azər Əhmədov vəzifəsindən azad edildi
SOSİAL
21:00 12.05.2026
294
Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov işdən çıxarılıb.

AZXEBER.COM gununsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Azər Əhmədovun işdən çıxarılmasının səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Azər Əhmədov Türkiyədə təhsil almış uzman həkimlərdəndir. O, Azərbaycanda ən yaxşı uşaq həkimlərindən biri kimi tanınır.

Onu da qeyd edək ki, Azər Əhmədov Azərbaycanda müasir pediatriya mərkəzinin qurucusu kimi tanınır.
OXŞAR XƏBƏRLƏR