Azərbaycan 7 pillə gerilədi

İDMAN
13:53 07.03.2012
1344

FİFA bu gün milli komandaların mart ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Trend-in məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 7 pillə geriləyərək 285 xalla 117-ci yerə yuvarlanıb.

AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, Dubay təlim-məşq toplanışı zamanı Sinqapur yığması ilə 2:2 bərabərə qalan və Fələstinə 0:2 hesabı ilə uduzan Berti Foqtsun komandasının bu nəticələri FİFA reytinqinə də təsirsiz ötüşməyib.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya milisinə məxsusdur. Priney təmsilçisi bir pillə geriləyərək 1106 xalla 7-ci yerə yuvarlanıb.

Rusiya millisi isə ötən ayla müqayisədə bir pillə irəliləyib. Dik Advokatın komandası 1003 xalla 12-ci pilləyə yüksəlib. Digər rəqibləmizdən İsrail 38-ci (-3), Şimali İrlandiya 87-ci (-1), Lüksemburq isə 127-ci (+6) pillədə qərarlaşıb.

Ümumilikdə isə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1561 xalla 1-ci pillədəki mövqelərini qoruyublar. Hollandiya yığması isə bir pillə irəliləyərək ikinci yerə yüksəlib. Əvəzində Almaniya millisi 3-cü pilləyə enib.

OXŞAR XƏBƏRLƏR