Azərbaycan ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə təmsil olunur

Azərbaycan ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə təmsil olunur
MEDIA
23:44 13.03.2023
179
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən "Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir.

Bu barədə Agentlikdən bildirilib.

Görüşün gündəliyinə uyğun olaraq, "Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, "Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və "Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzuları üzrə müzakirələr aparılır.

"Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?” mövzusunda keçirilən sessiyada nümayəndə heyəti tərəfindən media azadlığının insan hüquq və azadlıqları, həmçinin qlobal təhlükəsizliyin qorunmasında, ədalətli və sülhsevər cəmiyyətlərin təşviqində mühüm rol oynadığı qeyd edilib, müasir dövrün təhlükəsizlik çağırışlarının müxtəlif aspektlərinə toxunulub, münaqişə zamanı gərginliyin azaldılması və sülhün təşviqində medianın mühüm rol oynamaq imkanının olduğu, lakin etibarlılığın təmin edilməsi üçün medianın dəqiqlik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etməsinin vacibliyi vurğulanıb.
Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub.

Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilərək, Ermənistan tərəfinin jurnalistlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq sahəsində yol verdiyi pozuntular, o cümlədən Vətən müharibəsi dövründə beynəlxalq jurnalistlərə qarşı apardığı qarayaxma kampaniyaları barədə iştirakçılara məlumat verilib, azad edilmiş ərazilərimizdə yerləşdirilmiş minaların partlaması nəticəsində jurnalistlərin həyatını itirməsi ilə bağlı həqiqətlər diqqətə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir