Azərbaycan Avropaya qaz təchizatını daha da artıracaq

Azərbaycan Avropaya qaz təchizatını daha da artıracaq
SİYASƏT
12:28 17.11.2022
744
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Ölkəmizin əldə etdiyi bütün uğurlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.
Cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Cənab Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur. 
Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin noyabrın 15-də Albaniyaya ilk səfəri Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verməklə bərabər,  gələcəkdə yaxın əməkdaşlıq üçün əlverişli imkan yaradacaqdır. Azərbaycan və Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə mövcud olub. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada "Azərbaycan həftəsi"nin təşkil olunması nəzərdə tutulub. 

Azərbaycan Prezidenti qeyd edib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da əlaqələri gücləndirir: "Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. 
Ölkə Prezidenti cənab İlham Əliyev Albaniyada mətbuata bəyanatla çıxış edərək, Albaniyanın  hər zaman  Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu qeyd edib. Möhtərəm Prezidentimiz həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycanın çox yüksək qiymətləndirdiyini vuğulayıb.
Ölkə rəhbəri cənab İlham Əliyev TAP layihəsindən söz açaraq bildirdi ki, hər iki ölkə TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri çox fəal iştirak ediblər. 
Möhtərəm Prezidentimizin Albaniyaya səfəri iki ölkənin əməkdaşlığında yeni səhifənin açıldığını bir daha təsdiqlədi. Hazırda Avropanın əsas enerji tədarükçüsü Azərbaycandır. Çünki bugünkü dövrün şərtləri bunu tələb edir. Avropa İttifaqının Rusiya ilə münasibətlərində yaranan qarşıdurmada Qərbin əsas planlarından biri Avropa ölkələrinin Rusiyadan asılılğını aradan qaldırmaqdır. Bu siyasi xəttin icra olunmasında Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır. Ona görə də əminliklə deyə bilərik ki, tezliklə Azərbaycan Avropaya qaz təchizatını daha da artıracaqdır.

Naftalan şəhər sakini Afət Mustafayeva

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman