Azərbaycan dili və ədəbiyyatı müəllim olmaq istəyənlərə xoş xəbər

Azərbaycan dili və ədəbiyyatı müəllim olmaq istəyənlərə xoş xəbər
GƏNCLİK
10:41 25.08.2011
2742
Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə, vakant qalan yerləri elan edib.Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən 98 yer üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Vakant yerlərdə işləmək istəyənlər sentyabrın 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.Qeyd edək ki, elan edilən 98 vakant yerdən 1-i Bakı, qalanları isə digər şəhər və rayonlar üzrədir.
OXŞAR XƏBƏRLƏR