"WUF13 həm mahiyyət, həm də təşkilatçılıq baxımından Azərbaycanda keçirilən beynəlxalq tədbirlər arasında öz əhəmiyyətini xüsusi olaraq göstərir”.
Bu sözləri "Naxçıvan" telelviziyasına açıqlamasında AZXEBER.COM xəbər portalının Baş direktoru Əfsələddin Ağalarov deyib.
O qeyd edib ki, urbanizasiya sahəsində Azərbaycan mühüm rol oynayır:
"Urbanizasiya sahəsində Azərbaycan mühüm rol oynayır. İşğaldan azad olunmuş torpaqların yenidən qurulması istiqamətində Azərbaycan dünyaya nümunə ola biləcək bir ölkədir. Dağıdılmış və talan edilmiş ərazilərdə artıq "smart city” layihələri həyata keçirilir”.
O bildirib ki, Bakı şəhəri öz arxitekturası və şəhərsalma standartları ilə dünyanın bir çox şəhərlərindən geri qalmır:
"Bakı şəhəri öz arxitekturası və şəhərsalma standartları ilə dünyanın bir çox şəhərlərindən geri qalmır. Müasirlik və tarixiliyin harmoniyasını özündə birləşdirən Bakı bundan sonra da beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Media nümayəndələri və QHT-lər isə beynəlxalq tədbirlərin təşkili və işıqlandırılmasında böyük təcrübəyə malikdirlər”.
Şahanə Ziyad











































