Azərbaycan dövlət başçısı BƏƏ Prezidentini təbrik etdi

Azərbaycan dövlət başçısı BƏƏ Prezidentini təbrik etdi
SİYASƏT
17:28 01.12.2023
338
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə də Sizi təbrik edir, tədbirin işinə uğurlar diləyirəm.

Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz vardır.

Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin "Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq