Azərbaycan “Eurovision-2020" mahnısının klipi təqdim olundu - VİDEO

Azərbaycan “Eurovision-2020" mahnısının klipi təqdim olundu - VİDEO
MAQAZİN
15:12 10.03.2020
5261
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib.

Qurumdan AZXEBER.COM-a verilən xəbərə görə, Samira Əfəndi "Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli aləti tar, həmçinin balaban və ud səslənir.

Mahnının müəlliflərinin qeyd etdiyi kimi, "Kleopatra” azadlığı, daxildən gələn səsə güvəni, hər şeyin çətinləşdiyi, xüsusilə də kiminsə sizə xəyanət etdiyi və ya zərər verdiyi məqamlarda belə "şahzadə” olaraq qalmağı bacarmağı, bunun üçün güc tapmağı təlqin edən kompozisiyadır. Mahnı mürəkkəb sevgi tarixçəsi, dərdi və xəyanəti yaşamış, lakin öz gücünü göstərmiş və tarixdə qadın müstəqilliyinin rəmzi kimi yadda qalmış Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur. Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə "Avroviziya" mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", "Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı "Open up!” ("Açıl!") olan "Avroviziya-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm