Azərbaycan gəncləri seçimini etdi - Milli Şura ONLAYN SƏSVERMƏ

GƏNCLİK
00:11 22.06.2012
4228
AZXEBER.COM xəbər portalının rəsmi “facebook” səhifəsində başlatdığı sorğu yekunlaşıb. Sorğuda 3 gündə 10.000-ə (!) yaxın insan iştirak edib. Namizədlərin saxta seçki kampaniyasıSəsvermənin gedişində şok faktlar üzə çıxıb. Belə ki, “facebook” sosial şəbəkəsində 50.000-dən çox üzvü səhifə adminləri namizədlərin xeyrinə səsverməyə qoşulub. Onlar öz səhifələrində namizəd Mirhəsən Seyidovun xeyrinə səsyığmağa başlayıblar. Məlumata görə, namizədlər səhifə adminlərini pulla və müxtəlif vədlərlə ələ alıblar. 2 günə bu namizəd 4000-dən çox səs yığıb. Adının açıqlanmasının istəməyən səhifə adminin AZXEBER.COM-a verdiyi məlumata görə, namizədlər bu kampaniyaya 3000 manata yaxın pul ayırıb. Bu səbəbdən adminlər tək şəkildə deyil, mütəşəkkil şəkildə səsverməyə qoşulublar. Daha bir şok fakt ortaya çıxıbAraşdırma nəticəsində daha bir şok fakt ortaya çıxıb. Belə ki, adminlər fake profillərlə (yalançı profil) kifayətlənməyib və başqa üsula əl atıblar. Onlar “facebook”da öz hesablarıyla səhifə yaradıblar və səhifədən namizədlərə səs veriblər. Bundan sonra qalib Mirhəsən Seyidovun səsləri daha 1500 səs artıb. AZXEBER.COM fakt olaraq namizədin xeyrinə açılan saxta səhifələrin fotosunu təqdim edir. Adminlərin AZXEBER.COM-a hücumuAZXEBER.COM xəbər portalının redaktoru və təsisçisi Hacıbəy Heydərli bu faktlarla bağlı şəxsi “facebook” səhifəsində bu faktlarla bağlı status yazıb və adminlərin redaktora təzyiq etməyə başlayıblar. 10-dan çox səhifə rəhbəri statusa eyni sözləri yazıb. Bundan başqa AZXEBER.COM xəbər portalının “facebook”da 58.000 nəfərlıik rəsmi fan səhifəsinə gün ərzində dəfələrlə hücum olub. Hətta portalın redaktoru Hacıbəy Heydərliyə də gizli nömərələrdən zənglər gəlib və bu faktların açıqlanacağı təqdirdə onun müxtəlif təzyiqlərlə üzləşəcəyi deyilib. Portal rəhbərliyi bununla bağlı yaxın günlərdə müvafiq orqanlara müraciət edəcək.Onlayn səsvermənin qalibi kim oldu?Bütün bu şok faktlardan sonra portal rəhbərliyi hər üç namizədin səslərinə yenidən göz yetirib. “Fake profillərdən” və “fake səhifələrdən” gələn səslər ləğv edilib. Bundan başqa həmin sorğuya gələn commentlər də nəzərə alınıb. Saat 23.55-də səsverməyə stop deyilib. Həmin ana qədər lider olan Mirhəsən Seyidovun səslərinin 2000-dən çoxunun yalançı profil və səhiflərdən gəldiyi məlum olub. 

Bütün bu faktları nəzərə alan AZXEBER.COM xəbər portalının rəhbərliyi “onlayn səsvermə”nin nəticələrini ləğv edib. Sorğunun obyektiv və şəffaf olması üçün səsvermə unikal istifadəçilərdən gələn şərhlərlə müəyyənləşib. 

Beləliklə, sorğuya 4 günə ərzində 705 nəfər dəstək şərhi (comment) yazıb. Onlardan 320-si Gülsel Səfərovanı, 295-i Şahin Seyidzadəni, 50 nəfəri Mirhəsən Seyidovu dəstəklədiyini bildirib. 40 nəfər isə “feyk profil” olduğuna görə şərhi ləğv edilib.  SƏSVERMƏNİN NƏTİCƏSİ:1. Gülsel Səfərova – 320 2. Şahin Şeyidzadə - 295 3. Mirhəsən Seyidov – 50

OXŞAR XƏBƏRLƏR