"AGAT"a yeni sədr seçildi

GƏNCLİK
11:44 14.12.2021
786
AGAT-ın ötən həftə Ümumi Yığıncağında sədrliyə seçkisi keçirmiş, sədr müavinin təyinatı olub.

Ümumi Yığıncağın səsverməsinə görə yekdilliklə yeni sədr Aytən Atazadə seçilib.

Daha sonra Yığıncaqda təşkilata yeni sədr müavini Fərid Rəhimov təyin edilib.  
 
Qeyd edək ki, Aytən Atazadə 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2017-ci ildə Bakı Biznes və Kooperasiya kollecini bitirmiş, B. Britaniyanın "Certified Financial Managers” İnstitutunu 2020-ci ildə məzunu olmuşdur. AGAT-a 2014-ci ildən üzv olmuş, 14-dən artıq sertifikata layiq görülmüş, təşkilatda fəaliyyəti dövründə müxtəlif beynəlxalq və yerli layihələrə koordinatorluq etmişdir. Eyni zamanda Etika Akademiyasında Sosial media marketinq meneceri vəzifəsində çalışmışdır.
 
Sədr müavini Fərid Rəhimov AGAT-ın 2007-ci ildən üzvü, 2007-2010-cu illərdə gənclərin asudə vaxtının təşkili departamentinə rəhbərlik etmişdir. Daha sonra Nərimanov rayonu İcra Hakimiyyətində çalışmış, bank sektorunda fəaliyyətini davam etdirmişdir.
 
Təşkilatın 14 illik fəaliyyəti dövründə AGAT-a sayca beşinci sədr seçilir.
 

 

 


OXŞAR XƏBƏRLƏR