'Azərbaycan gəncliyi daima dövlətçiliyin yanında olub'
GƏNCLİK
12:02 02.02.2012
1546
2 Fevral Gənclər Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük etimadı və hədiyyəsidir. Azərbaycan gənclərinin bu bayramı qeyd etməyə və onunla öyünməyə çox böyük haqqı var. Çünki bu gün Azərbaycanda gənclərin bütün istiqamətlər üzrə inkişafı, ölkəmiz üçün yararlı vətəndaş kimi yetişməsi naminə mümkün olan bütün addımlar atılır”.Bu sözləri AZXEBER.COM-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral Gənclər Günü ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün ölkə gəncliyi çox ciddi və mobil qüvvə olaraq ortadadır və hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyinə öz töhvəsini verir: “Xaricdə təhsil alan gənclərimiz isə ölkəmiz üçün peşəkar kadr kimi yetişməklə yanaşı, həmdə təhsil aldıqları ölkələrdəki diasporumuzun lokomativi rolunda çıxış edirlər. Heç şübhəsiz ki, gəncliyimizin qazandığı bütün bu uğurlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu dövlət gənclər siyasətinin məntiqi nəticələridir.