Azərbaycan-Gürcüstan sərhədində silahlı insident: Yaralı var

SOSİAL
09:47 11.12.2019
2080
Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin "Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində bir nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub.

DSX-dən AZXEBER.COM-a bildirilib ki, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib.

Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açmış, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edilib.

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə etmiş, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar edilib.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilmiş və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunmuşdur. Ha­zırda səhhəti qənaətbəxşdir.

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunmuş, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:31 14.08.2020

Rilayadan Şuşaya aid möhtəşəm ifa: "Dəyər Ver"in növbəti layihəsi - VİDEO

18:26 14.08.2020

Ceyhun Bayramov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

17:59 14.08.2020

Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA

17:52 14.08.2020

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi

17:51 14.08.2020

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

17:29 14.08.2020

"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxdu

17:25 14.08.2020

Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı

17:24 14.08.2020

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirildi - FOTO

17:13 14.08.2020

Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi - FOTOLAR

17:10 14.08.2020

DİN-dən “Aşura” günü ilə bağlı XƏBƏRDARLIQ

16:30 14.08.2020

Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir

16:23 14.08.2020

Belarus MSK seçkilərin yekun nəticələrini açıqlayıb

15:53 14.08.2020

"Polad toyunu təxirə salıb, Türkiyəyə kursa getmişdi" - Generalın anası

15:47 14.08.2020

Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları ilə birgə Naftalanda növbəti dəfə reyd keçirildi - FOTOLAR

15:31 14.08.2020

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

15:27 14.08.2020

“AccessBank” biznes müştərilər üçün “AccessPartner” layihəsinə başlayır

X Mostbet