Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi nə vaxt bağlanacaq? - Deputatdan açıqlama

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi nə vaxt bağlanacaq? - Deputatdan açıqlama
SİYASƏT
15:36 07.01.2026
253
Azərbaycanın Qarabağda əldə etdiyi qələbə yalnız hərbi zəfər deyil, həm də xalqımızın iradəsinin, birliyinin və əzminin möhtəşəm təcəssümüdür. İkinci Dünya Müharibəsindən sonra dünya tarixində nadir hallarda rast gəlinən bu tam və mütləq zəfər, ölkəmizin lideri, xalqı və ordusunun bir yumruq kimi həmrəyliyinin nəticəsi olaraq əldə olunub. Bu Zəfər dövlətin gücü ilə xalqın inamının bir nöqtədə – "Dəmir Yumruq" ətrafında birləşməsinin nəticəsidir.
 
Qarabağ qələbəsi xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazıldı, birgə iradəmizin, milli həmrəyliyimizin və dövlətimizin gücünün simvoluna çevrildi. 

Bu gün ətraf regionlarda müharibə səsləri eşidilsə də, Azərbaycan torpaqlarında dinclik və sabitlik hökm sürür. İnsanlarımız öz ata yurdlarına qayıdır, Qarabağ yenidən canlanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Bu, yalnız qələbənin deyil, həm də həyatın və ümidin qələbəsidir.  

Azərbaycan bu mübarizəni təkcə döyüş meydanında deyil, həm də masa arxasında, beynəlxalq arenada böyük ustalıqla apardı. Xüsusilə sülh prosesində atılan addımlar və əldə olunan razılaşmalar (məsələn, beynəlxalq səviyyəli diplomatik görüşlər və Vaşinqton sülh gündəliyi) göstərir ki, qazandığımız hərbi uğur artıq siyasi sənədlərlə də möhkəmlənir. Bu, bölgədə davamlı sülhün və sabitliyin bərqərar olması üçün atılan ən vacib addımlardır. 

Milli Məclisinin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan bütün imkanlarını sülhün təmin olunmasına yönəldib:

"Azərbaycan 44 günlük Vətən müharibəsində şərəfli və ləyaqətli, həmçinin ədalətli şəkildə zəfər qazandıqdan sonra əldə etdiyi güc və imkanları sülhün təmin olunmasına yönəltdi. İlham Əliyev Regionumuzda uzunmüddətli,  dayanıqlı sülhün yaradılması üçün mümkün alətləri işə saldı. Təəssüf ki, həmin dövrdə Ermənistan siyasi rəhbərliyi bu yanaşmanı düzgün qiymətləndirmədi, verdiyi sözləri yerinə yetirmədi və götürdüyü öhdəlikləri icra etmədi. Nəticədə dəfələrlə təxribatlara meyilləndi. Azərbaycan Silahlı Qüvvələri isə Ermənistan tərəfindən bütün təxribatların qarşısını uğurla aldı. Həmin dövrdə həyata keçirilən uğurlu hərbi əməliyyatlar bütün strateji yüksəkliklərin ələ keçirilməsinə səbəb oldu. Eyni zamanda Ermənistan tərəfini Azərbaycanla sülh gündəliyinə sadiq qalmağa məcbur etdi. Bütün bunlara baxmayaraq, 2023-cü ildə Azərbaycan bir günlük antiterror əməliyyatları keçirmək məcburiyyətində qaldı, çünki 10 mindən çox Ermənistan Silahlı Qüvvələrinin əsgərləri hələ də Azərbaycan ərazisində idi. Separatçılar isə təslim olmaq istəmirdilər. Nəticədə bir günlük antiterror əməliyyatları uğurla yekunlaşdı və Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə və bütün Qarabağ və Şərqi Zəngəzur torpaqlarında dalğalanmağa başladı”.

Deputat deyib ki, Azərbaycanın 44 günlük zəfəri və 2023-cü il antiterror əməliyyatları nəticəsində suverenliyi tam təmin edildi:

 "Azərbaycanın 44 günlük zəfəri və 2023-cü il antiterror əməliyyatları nəticəsində suverenliyi tam təmin edildi və bu artıq dünya tərəfindən qəbul olunmağa başladı. Xüsusilə Ermənistan Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqlədi və bu barədə dəfələrlə açıqlamalar verdi. 2024-cü ildə delimitasiya və demarkasiya sahəsində atılan uğurlu addımlar, Qazax kəndlərinin geri qaytarılması həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın zəfəri kimi qiymətləndirilməlidir. 2025-ci ildə Vaşinqton razılaşmaları və orada imzalanmış birgə bəyanat, eyni zamanda sülh müqaviləsinin paraflanması göstərir ki, əgər Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirsə, 2026-cı il region üçün sülh ili ola bilər”.

Parlamentari vurğulayıb ki, Zəngəzur məsələsi artıq layihə mərhələsində deyil, reallaşma potensialı yüksək olan işdir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunan güc sülhə yönəldi və biz əminliklə sülh gündəliyindən, Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılmasından, xüsusilə də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən danışa bilirik. Bu artıq layihə mərhələsində deyil, reallaşma potensialı yüksək olan işlərdir. Region dövlətləri də əvvəlcə fərqli yanaşmalar nümayiş etdirsələr də, artıq Azərbaycanın mövqeyini dəstəkləyirlər. Biz inanırıq ki, 2026-cı il region üçün sülh ili olacaq və Ermənistan-Azərbaycan arasında sülh anlaşması imzalanacaq. Bu, yalnız sənəd üzərində qalan sülh olmayacaq, yaxın gələcəkdə münasibətlərin inkişafına da təkan verəcək”.

"Hazırda iqtisadi əlaqələrin qurulması üçün müəyyən addımlar atılır. Əgər Ermənistan tərəfi səmimi addımlar atsa və real işlər görsə, bu münasibətlərdə müsbət irəliləyişlər müşahidə olunacaq. Artıq region dövlətləri sülh içərisində yaşamağa alışmalı və sülhün alternativinin olmadığına inanmalıdırlar”,-deputat bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi