Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri seçildi - FOTOLAR

GƏNCLİK
13:49 20.08.2021
464
16-17 avqust tarixlərində Şamaxı rayonunda Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların rəhbərlərinin, AKTİ katibliyinin və bir sıra rəsmi qonaqların iştirakı ilə I Hesabat-Seçki Konfransı keçirilib.

AZXEBER.COM xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Yəhya Babanlı, Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisinin müavini Kəyan Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir mavini Cahangir Hacıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ülvi Qiyasov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova ölkəmizin öz müstəqilliyini əldə etdikdən sonra könüllülük hərəkatının Azərbaycanda güclü bir qüvvəyə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, könüllülük fəaliyyətinin inkişafına göstərilən yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə əsas yaradır. 

Konfransın ikinci günündə  növbəti il ərzində İdarə Heyəti, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi baş tutub. Namizədliyi irəli sürülən AFFA və AVRO-2020 Könüllülər Proqramının meneceri Yusif Vəliyev, "Nəqliyyat Könüllüləri” Proqramının rəhbəri Nahid Quliyev və "Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev arasında keçirilən səsvermənin nəticələrinə uyğun olaraq Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib.

Konfrans nəzərdə tutulan müvafiq istiqamətlərdə fəaliyyətlərin icrası ilə bağlı strateji planlamanın müzakirəsi ilə davam edib.

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:44 27.10.2021

Türkiyədə koronavirusa yoluxanların sayı açıqlandı

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”