Katarakt

"Azərbaycan mədəniyyətinin paytaxtı"

SOSİAL
19:55 08.05.2021
599
Ötən əsrin sonuncu onilliyində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində azərbaycanlılar öz evlərini, yurdlarını tərk etmək məcburiyyətində qaldılar. 1992-ci il may ayının 8-də, Şuşanın işğalı zamanı da şuşalıların həm evləri, həm də qədim, tarixi-mədəni abidələri erməni qəsbkarlarının qurbanına çevrildi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. 2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Yurd-yuvasından didərgin düşmüş, məcburi köçkünə çevrilmiş "Güllələnmiş heykəllər”in də həsrətinə son qoyuldu.

Dövlət başçısı çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Artıq bu sözlər reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Bununla bağlı keçirilən tədbirdə çıxış edən cənab İlham Əliyev dedi: "Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin-Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib”.

Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan cənab İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində "Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Dövlət başçısı bu vədini də yerinə yetirdi. Və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” devizi reallığa çevrildi.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri həm də strateji baxımdan Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. Şuşa zəfəri Qarabağ uğrunda savaşımızın, müqəddəs vətən müharibəmizin kulminasiya nöqtəsi oldu. Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb: Şuşanın bərpası şəhərə Azərbaycan ruhunun qayıdışıdır. Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər

Müzəffər Ali Baş Komandanımızın qətiyyətli səyləri, qəhrəman əsgər və zabitlərimizin böyük hünəri sayəsində Azərbaycanın böyük qələbə salnaməsi tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu.

Naftalan şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:20 16.06.2021

Operativ qərargahdan yeni qərar: Daha yeddi ölkədən səfərə icazə verildi

17:17 16.06.2021

AFFA və TFF prezidentləri görüşdü - FOTO

17:08 16.06.2021

AVRO-2020: Finlandiya Rusiyaya qol vurdu, sayılmadı

16:56 16.06.2021

Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

16:55 16.06.2021

UEFA prezidenti Bakıda

16:24 16.06.2021

Ərdoğan: "Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq"

16:23 16.06.2021

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

16:21 16.06.2021

"Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir"

16:18 16.06.2021

Ərdoğan: "Bölgədə düşmənçilik ortadan qalxmalıdır"

16:17 16.06.2021

“Şuşada olsaydım, Ərdoğana kəklikotu çayı dəmləyərdim” - Xalq artisti

16:04 16.06.2021

Ərdoğan: “Biz də Qarabağın dirçəlməsinə dəstək göstərəcəyik”

16:00 16.06.2021

"Peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir"

15:59 16.06.2021

Türkiyə Prezidenti: "Bütün dünya bilsin ki, Azərbaycanın yanında yer alacağıq”

15:57 16.06.2021

Ərdoğan: “Üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq"

15:46 16.06.2021

Dövlət başçısı: "Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm"

15:42 16.06.2021

Ərdoğan Milli Məclisə gəldi