Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
MEDIA
16:13 11.06.2026
904
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, toplantını açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Əvvəlcə MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı dinlənilib. R.Məcid bildirib ki, ötən müddətdə Şuranın Dil Komissiyasının sədr Vüsalə Mahirqızı başda olmaqla tərkibi müəyyənləşdi, qurum fəaliyyətini gücləndirdi, genişləndirilmiş iclas keçirərək, mövcud sahədəki tendensiyalara ətraflı nəzər saldı. MŞ Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə "Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda konfrans da keçirdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə "Məktəb ictimai müzakirədə” adlı yeni layihəyə start verdi. Layihə çərçivəsində bir çox tədbir və toplantılar keçirilib və keçirilməkdədir. Şuranın İdarə Heyətinin üzvləri fəal şəkildə bu layihədə iştirak edir, məktəblərdə olurlar.

Ötən müddətdə Mətbuat Şurasının "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə bağlı şərhləri yayıldı.

Mətbuat Şurası fevralın 6-da yaydığı açıqlamada "İdrak” liseyində baş vermiş insidentlə bağlı media mənsublarının bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsullarının yolverilməzliyini əsaslandırdı.

R.Məcid bildirib ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə "TikTok” və "YouTube” platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir. Buna görə də Mətbuat Şurası hesabat dövründə sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən, sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağıran açıqlama yaydı.

Hesabat dövründə MŞ və Medianın İnkişafı Agentliyinin tərəfdaşlığı, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirildi.

R.Məcid MŞ-nin nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılmasını da mühüm hadisə kimi vurğuladı və bildirdi ki, bu qurumun gözlənilən mütəhərrik fəaliyyəti beynəlxalq media müstəvisində cərəyan edən hadisə və proseslərə operativ reaksiyanın verilməsi baxımından müstəsna əhəmiyyət daşımaqdadır.

MŞ sədri, eyni zamanda, bildirdi ki, bir çox hallarda jurnalistin sosial şəbəkə istifadəçisindən fərqi itir. Sosial şəbəkələrdə yayılmış hansısa bilgi heç bir araşdırma aparılmadan media orqanlarına çıxarılır. Nəticədə yalan bilgi informasiya dəyəri qazanır ki, bu da öz növbəsində cəmiyyətin yalnış yönləndirilməsinə səbəb olur. Ona görə də Mətbuat Şurası  hesabat dövründəki daha bir açıqlamasında jurnalistləri, media subyektlərinin təmsilçilərini qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa, peşə prinsiplərinə riayət etməyə, jurnalistikanın nüfuzunu yüksək tutmağa çağırdı.

Mətbuat Şurası növbəti tövsiyyətində qida təhlükəsizliyi məsələsinin cəmiyyətin və xalqın təhlükəsizliyinin vacib seqmenti olduğuna söykənərək, jurnalistləri bu sektorda kimlərinsə reputasiyasına ziyan vurmağa hesablanmış bilgilərin, dezinformasiya təmayüllərinin yayılmasında alətə çevrilməməyə, yalnız doğruları işıqlandırmaqla, yüksək həssaslıq nümayişinə səslədi.

Hesabat müddətində Mətbuat Şurasının sədri Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələrinə münasibətini bildirdi. Münasibətdə hesabatın qərəzli olduğu əsaslandırıldı. Şura daha bir  açıqlamasında medianı və jurnalistləri müsahibələrin təqdimatına və müsahiblərə həssas yanaşmağa çağırdı.

R.Məcid onu da diqqətə çatdırdı ki, hesabat dövründə MŞ-də 3 yubiley, 1 anım tədbiri, 3 təqdimat mərasimi təşkil olunub, Şura tərəfindən 4 təbrik mətni yayılıb. Bundan başqa, qurumun Şikayətlər üzrə Komissiyasının 2, Dil Komissiyasının və Nəzarət-Təftiş Komissiyasının 1 iclası keçirilib.

Mətbuat Şurasının İdarə Heyətinin iclasında Şuranın Şikayətlər üzrə Komissiyasının işi ilə bağlı məlumat verildi. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov bildirdi ki, komissiyanın iki iclasında 7 şikayətə baxılıb. Hesabat dövründə MŞ-yə daxil olan şikayətlərin ümumi sayı isə 12 olub. Onlardan 5-i Şuranın Katibliyinin hər iki tərəflə qarşılıqlı təmasları nəticəsində həllini tapıb. Şikayətlər üzrə Komissiyanın rəylərində cavabdeh tərəflərə əsasən qarşı tərəfin mövqeyinin işıqlandırılması ilə bağlı tövsiyələr ünvanlanıb. Bundan başqa, komissiyanın səyləri ilə şikayətçi və cavabdeh tərəflər arasında barışığın əldə edilməsinə də nail olunub.

İclasda Mətbuat Şurasına üzvlük məsələsi ətrafında müzakirə aparılıb və "Manset.az” və "Gundelik.az” saytları Şuraya üzv qəbul edilib. Bu zaman hər iki media orqanının Şuraya üzvlük parametrlərinə uyğun gəldikləri nəzərə alınıb. "Manset.az” və "Gundelik.az” saytlarının təmsilçiləri İH üzvlərinin prosedur qaydalara uyğun suallarını cavablandırıblar. 

MŞ İdarə Heyətinin iclasında "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na kin və nifrət dili ilə təbliğatın yolverilməzliyi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarı ilə bağlı əlavələrin edilməsinə dair müzakirə aparılıb. Bildirilib ki, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na dəyişiklik ölkə jurnalistlərinin qurultaylarında təsdiqlənir. Buna görə də qurultayadək göstərilən məqamlarla bağlı əlavələr mətni hazırlanmalıdır.

İclasda, ümumən, müzakirəsi aparılan məsələnin son dərəcə əhəmiyyətli olduğu vurğulanıb. Çünki son zamanlar bəzi media təmsilçilərinin və müstəqil jurnalistlərin səsləndirdiyi fikirlərdə müxtəlif tərəflərin linç olunmasına rəvac verə biləcək ritorikadan istifadə olunur. Halbuki, jurnalistin yaratdığı qınaq düşündürməli, bu düşüncədən irəli gələn tədbirlər sivil cəmiyyətin norma və prinsiplərinə zidd olmamalı, qıcıq doğurmamalıdır. Jurnalistlər, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamalı, tələskənliyə yol verməməli və konkret mahiyyət üzrə davranmalıdırlar. İclasda bildirilib ki, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na dəyişiklik mətnində bütün bunlar əksini tapmalıdır.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
23:23 26.09.2026
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
23:17 26.09.2026
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
23:04 26.09.2026
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
22:52 26.09.2026
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
22:49 26.09.2026
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
22:36 26.09.2026
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
22:16 26.09.2026
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
21:58 26.09.2026
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Mehriban Xanlarova buna görə verilişlərə getmir
21:37 26.09.2026
Mehriban Xanlarova buna görə verilişlərə getmir
Keçmiş deputat vəzifəsindən azad olundu - FOTO
21:29 26.09.2026
Keçmiş deputat vəzifəsindən azad olundu - FOTO
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
21:21 26.09.2026
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
21:10 26.09.2026
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
Pul əldə etdikdə dəyişən 4 bürc
20:51 26.09.2026
Pul əldə etdikdə dəyişən 4 bürc
Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
20:33 26.09.2026
Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
20:22 26.09.2026
Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO
20:18 26.09.2026
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO