Azərbaycan Milli QHT Forumu Rusiya səfirinə açıq məktub ünvanlayıb - MƏTN

Azərbaycan Milli QHT Forumu Rusiya səfirinə açıq məktub ünvanlayıb - MƏTN
SİYASƏT
16:09 07.01.2026
222
Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, açıq məktub Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədardır.

"Biz – sıralarında yüzlərlə Azərbaycan QHT-sini birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, sizə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədar müraciət edirik.

Azərbaycan ictimaiyyətinin 2024-cü il dekabrın 25-də Qroznı səmasında "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raketlərlə vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda, A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir.

Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir.

Bastrıkinin ört-basdır etməyə çalışdığı qanlı insident Azərbaycan xalqı üçün milli qürur məsələsidir. Biz susmayacağıq. Rusiya tərəfi Azərbaycandan üzr istəməklə, məsələni bağladığını düşünürsə, kökündən yanılır. Ortada olan qanlı cinayət faktı etiraf edilməli, günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir.

Mülki təyyarənin vurulması Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən qadağandır. Bastrıkinin məktubu yenə də Çikaqo Konvensiyasına, xüsusən onun "Təyyarə insidentləri və onların araşdırılması” adlı 13 nömrəli Əlavəsinə ziddir. Bu faciə ört-basdır edilməməli, əksinə, onun tam araşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Aleksandr Bastrıkinin məktubunun mahiyyəti Rusiya prezidenti Vladimir Putinin məsələ ilə bağlı səsləndirdiyi mövqedən açıq şəkildə fərqlənir və faktiki olaraq məsuliyyətdən boyun qaçırmağa hesablanmaqla, hüquqi və siyasi təxribatdır. 2025-ci il oktyabrın 9-da Düşənbədə Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə əlaqədar Rusiyanın hava hücumundan müdafiə sistemində texniki nasazlıqların olduğunu etiraf etmiş, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şeyin ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirmişdi.

Cənab səfir, bizə cavab verin: Rusiyanın bu məsələdə rəsmi mövqeyini kim ifadə edir: Prezident Vladimir Putin, yoxsa İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin?

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətini qəbul etməyinizi, sualımıza cavab verməyinizi gözləyirik”, - məktubda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi