Azərbaycan Ordusu Qarabağ cəbhəsində 8 erməni hərbçini məhv edib

Azərbaycan Ordusu Qarabağ cəbhəsində 8 erməni hərbçini məhv edib
Bütün Xəbərlər
23:47 28.11.2011
2321
Yaranmış təşvişi aradan qaldırmaq üçün düşmən cəbhə xəttinə müqaviləli heyət və snayperlər yerləşdirib, əsgərlərin postları tərk etməsinin qarşısını almaqdan ötrü arxa cəbhədə polis postları qoyulub Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşmələri son günlər cəbhə xəttindəki çoxsaylı itkilərini təşviş yaratmamaq üçün ictimaiyyətdən gizlətməyə və Azərbaycan Silahlı Qüvvələrinin itkilər verməsi barədə dezinformasiyalar yaymağa çalışır.  Hərbi mənbələrdən APA-ya məlum olub ki, son bir həftə ərzində cəbhə xəttinin bütün istiqamətləri üzrə atəşkəsi pozan Ermənistan Ordusuna qarşı həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı tərəf 8 hərbi qulluqçusunu itirib. Ermənilərin itkiləri onların öz rabitə vasitələri ilə mərkəzə ötürdükləri məlumatlarda da təsdiqlənib. Döyüşlərdə Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub və Müdafiə Nazirliyi bunu ictimaiyyətə açıqlayıb. «Təkcə noyabrın 19-da və 20-də, iki gün ərzində atəşkəsi pozan Ermənistan Ordusunun iki əsgəri öldürülüb. Bu iki itkinin Ermənistan ictimaiyyətində hansı təşvişə səbəb olduğunu elə ermənilərin xəbər saytlarında da aydın görmək mümkündür. Sadəcə olaraq Ermənistan tərəfi ənənəvi hərbi informasiya siyasətlərinə uyğun olaraq kütləvi itkiləri gizlətməyə cəhd edir. Lazım gələrsə, həmin əsgərlərin kimliyini də açıqlamaq çətin deyil. Bir faktı qeyd edək ki, təkcə noyabrın 25-də bir saat ərzində cəbhədə 2 erməni əsgəri öldürülüb. Onlardan birinin soyadı Arutunyandır. Ermənistan QHT-ləri bu itkilər barədə məlumatı öz hərbi hospitallarından tələb edə bilər», - deyə mənbə bildirib. Ermənilərin itkiləri onların özlərinin atəşkəsin pozmaları nəticəsində baş verib. Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində atəşkəsin pozulmasına cavab olaraq, Azərbaycan hərbçiləri təlimata uyğun cavab tədbirləri həyata keçirib. Azərbaycan Ordusunun əsgərlərinin sərrast atəşləri nəticəsində düşmənin aralarında zabit və əsgər olmaqla ümumilikdə 8 hərbçi öldürülüb. Baş vermiş bu hadisələr cəbhə xəttindəki erməni silahlı birləşmələrində təşviş yaranmasına da səbəb olub. Yaranmış vəziyyəti aradan qaldırmaq və əsgərlər arasında mənəvi-psixoloji durumu dəyişmək üçün qarşı tərəf cəbhə xəttinə müqaviləli heyət və snayperlər yerləşdirib. Bundan başqa, əsgərlərin postlarını tərk etməsinin qarşısını almaq üçün arxa cəbhədə polis postları qoyulub. «Yaxşı olardı ki, Ermənistan rəhbərliyi ölkənin müxtəlif bölgələrindən gətirib işğal etdiyi Azərbaycan ərazilərində güllənin altında qoyub, həyatını məhv etdiyi gənclərə görə xalqına cavab versin. Bu il cəbhədə Ermənistan Ordusunun 100-dən çox əsgəri öldürülüb. Bunların məsuliyyətini Sərkisyan və müdafiə naziri Ohanyan daşıyır», - deyə mənbə əlavə edib. Məlumata görə, Ermənistan Ordusunun Qarabağda və cəbhə xəttinin digər istiqamətlərində dislokasiya olunmuş bölmələrinin şəxsi heyəti arasında ruh düşkünlüyü artmaqdadır. Müxtəlif kanallar vasitəsi ilə əldə edilmiş məlumatlara görə, müqaviləli heyət arasında çoxları raport yazaraq xidmətdən imtina edir.APA-ya məlumat verən mənbə onu da qeyd edib ki, son günlər Qarabağ cəbhəsindəki erməni birliklərinin qeydə alınmış rabitə danışıqlarından oradakı ermənistanlı və qarabağlı hərbçilər arasında insidentlərin baş verməsi, ermənistanlı ermənilərin bir birlərinə müraciət edərək «qarabağlılar üçün ölməməyə çağırdıqları» məlum olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir