Azərbaycan Ordusunda faciə: - 3 hərbçi şəhid oldu, 8 əsgər yaralandı

Azərbaycan Ordusunda faciə: -  3 hərbçi şəhid oldu, 8 əsgər yaralandı
Bütün Xəbərlər
11:02 08.04.2014
1467
Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlayıb
Ötən gecə 01:00-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi ölüb, 8 əsgər ağır yaralanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində baş verib.
Mina partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev şəhid olub. Ərazidəki 8 əsgər isə ağır yaralanıb.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR