Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.
Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Naximov küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ilkin ehtimala görə, intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Hadisə ilə bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.