Azərbaycan parlamenti Xocalı soyqırımını tanıdı

Azərbaycan parlamenti Xocalı soyqırımını tanıdı
Bütün Xəbərlər
19:50 24.02.2012
1609
Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub. Qərar layihəsini parlament sədrinin I müavini Ziyafət Əsgərovun sədrliyi ilə parlament üzvlərindən təşkil olunmuş komissiya hazırlayıb. Qərarı deputat Jalə Əliyeva səsləndirib. Daha sonra qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərarda deyilir ki, Xocalı şəhərində dinc əhaliyə qarşı hərbi cinayət törədilib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”. Qərarda Azərbaycanın istintaq orqanlarının Xocalı faciəsini törədənlərdən 39 nəfərin adlarını müəyyən edə bildiyi, lakin təhqiqatın davam etdiyi qeyd olunub. Sənəddə son 100 ildə ermənilər tərəfindən 2 milyona yaxın azərbaycanlı və türkün qətlə yetirildiyi də öz əksini tapıb. Qərarda Xocalı soyqırımının Milli Məclisin əvvəlki qərarları ilə soyqırımı – genosid cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq olunub. Qərarda Azərbaycan Milli Məclisin deputatlarına bir vəzifə olaraq tapşırılıb ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son 100 ildən artıq dövrdə azərbaycanlıların məruz qaldığı soyqırımı aktlarının, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər: “Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentlərilə əlaqələr üzrə işçi qrupların imkanlarından dolğun və səmərəli istifadə olunmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək