Azərbaycan Prezidenti: "Bu gün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir"

Azərbaycan Prezidenti: "Bu gün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir"
SİYASƏT
15:57 21.11.2022
401
"Bu gün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

"Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq.

Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır.

Məşhur "Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək", - dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
16:46 03.07.2026
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
16:44 03.07.2026
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
16:31 03.07.2026
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
16:23 03.07.2026
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
15:58 03.07.2026
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
15:34 03.07.2026
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
15:32 03.07.2026
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:19 03.07.2026
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
14:59 03.07.2026
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
14:51 03.07.2026
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"