Azərbaycan prezidenti İlham Əliyev aprelin 19-da Makedoniyanın baş naziri Nikola Qruevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZXEBER/COM-un m'lumat;na dövlət başçısı N. Qruevskinin Azərbaycana səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərin inkişafına dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.
Qonaq ölkələr arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Baş nazir siyasi əlaqələrlə yanaşı, ölkəsinin Azərbaycanla iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.
Görüşdə ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanacaq sənədin önəmi vurğulanıb, əlaqələrin enerji, turizm, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.