Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna məktub ünvanladı

Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna məktub ünvanladı
SİYASƏT
11:41 07.05.2024
307
Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri (QHT) UNESCO-nun Baş direktoru Odre Azuleyə Təpəbaşı məhəlləsi ilə bağlı açıq məktub ünvanlayaraq Ermənistanda Azərbaycan xalqının maddi mədəni irsinin dağıdılmasını dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

"Report"un məlumatına görə, məktubda azərbaycanlıların tarixən yaşadığı Ermənistanda azərbaycanlılara məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparıldığı, tarixi izlərin silinməsinə cəhd edildiyi bildirilib:

"Burada 1870-ci ildə qeydiyyata alınmış 269 məsciddən bu gün yalnız 1-i qalıb, azərbaycanlılara məxsus yüzlərlə qəbristanlıqlar dağıdılıb.

Vaxtilə azərbaycanlıların yaşadığı, qurub-yaratdığı bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək "Kond” adlandırılan Təpəbaşı məhəlləsi Ermənistanda Azərbaycan mədəni irsinin son qalıqlarından biridir.

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan edirik. Xüsusilə UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırırıq. Monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazırıq.

Ermənistan hakimiyyətinin Təpəbaşı daxil olmaqla, mədəniyyət abidələrinə qarşı təcavüzü İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, Ümumdünya mədəni və təbii irsin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyalara zidd fəaliyyətdir.

Eyni vandalizm siyasəti işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda da yürüdülüb. Vaxtilə həyat qaynayan, yüzlərlə tarixi, mədəni abidələrin qorunduğu həmin ərazilər böyük xarabalıqlara çevrilib. Təəssüf edirik ki, işğal dövründə çoxsaylı müraciətlərə və çağırışlara baxmayaraq, UNESCO bir dəfə də olsun bu məsələləri araşdırmayıb, əraziyə faktaraşdırıcı missiya göndərməyib.

Biz UNESCO-nu Ermənistan Respublikasına faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq.

İmzalar:

Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması
Fariz Xəlilli – "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Nərminə Ağayeva - "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi
Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi
Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondu
Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti
Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi
Səltənət Qocamanlı "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi
Mübariz Əsgərov - "Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi
Şeyda Allahverdiyeva – "İCOMOS Azərbaycan” İctimai Birliyi
Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi
Ülviyyə Bəbirova - "Mədəniyyət Könüllüləri” İctimai Birliyi
Türkay Qasımzadə - Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası
Esmira Fuad - Əbədi Turan Kitab Fondu
Azər Allahverənov – "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi
Elçin Mirzəbəyli - "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri
Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondu
Şahin Qədirov - "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi
Fəridə Mirişova- "İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi
Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY