Azərbaycan və Keniya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Keniya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
12:08 03.05.2025
576
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniyaya səfər edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində Nayrobi şəhərində Azərbaycan XİN və Keniyanın Xarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub.

Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspora işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.

İnformasiya-kommunikasiya və rəqəmsal iqtisadiyyat, mütərəqqi "ASAN Xidmət” modelinin təşviqi, enerji və mədən resursları, kənd təsərrüfatı, turizm, təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğuna dair həmrəylik ifadə olunub.

​Çoxtərəfli formatlarla, xüsusilə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti yüksək qiymətləndirilib və genişləndirilməsi imkanları müzakirə edilib.

​Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

​Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya Respublikasının Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcud əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

​Səfər çərçivəsində Keniyanın gənclər çempionu, "Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Şarlin Rutonun təşəbbüsü ilə nazir müavini Yalçın Rəfiyev və keniyalı gənclər arasında görüş təşkil olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur