Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini bir milyard dollara çatdırmağı hədəfləyir - VİDEO

Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini bir milyard dollara çatdırmağı hədəfləyir - VİDEO
SİYASƏT
23:25 11.04.2023
259
Azərbaycan və Qazaxıstan arasında iqtisadi sahədə əlaqələr dinamik inkişaf edir. bu əlaqələrin daha da möhkəmlənməsi və ticarət həcminin artırılması üçün imkanlar böyükdür. İki ölkə arasında yükdaşımaların həcmini artırmaq üçün müvafiq addımlar atılır. 
Azərbaycanla Qazaxıstan arasında imzalanan sazişlər iqtisadi sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcək. İki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənir. 
İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai TV-yə bu barədə danışıb: "Cənab Prezidentin müvafiq tapşırıqlarına və göstərişlərinə uyğun olaraq Qazaxıstanla həm ənənəvi sahələrdə - energetika, nəqliyyat, həm yeni sahələrdə böyük irəliləyişlər və artıq ilkin nəticələri görürük. Belə ki, 2022-ci ili son nəticələrinə görə ölkələrimiz arasında ticarət dövriyyəsi bizim gömrük statistikasına əsasən 4 dəfədən çox artıb və təxminən 590 milyon manat təşkil edir. Artıq Astanada keçirilən görüşlərdə bu rəqəmin yaxın illərdə 1 milyard dollara çatdırılması hədəfi qoyulub”. 
 
Azərbaycandan Qazaxıstana daha böyük həcmdə kənd təsərrüfatı və digər məhsullar ixrac ediləcək.
 
Nazir Mikayıl Cabbarov qeyd edib ki, bir neçə il bundan öncə Aktau şəhərində Azərbaycan tərəfindən böyük və müasir yük terminalının tikintisi həyata keçirilibdir. Qazax tərəfi həmin terminaldan daha faydalı istifadə etməkdə marağı olduğunu bildirərək, o cümlədən Azərbaycandan Qazaxıstana daha böyük həcmdə kənd təsərrüfatı və digər ölkəmizdə istehsal olunan məhsulların təchiz edilməsində maraqlı olduğunu gündəmə gətirmişdir.    
 
Qarşıya qoyulan hədəflərdən biri də Orta Dəhlizin imkanlarından daha geniş istifadə etməkdir. Bununla da iki ölkə arasında yükdaşımaların həcmi daha da artacaq. Eləcə də Azərbaycanın Xəzər dənizində ən müasir gəmiqayırma zavoduna malik olması nəzərə alınmaqla Qazaxıstan tərəfindən yeni gəmilərin sifarişilə bağlı da razılaşma əldə edilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...