Azərbaycan və Türkiyə rəsmiləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Azərbaycan və Türkiyə rəsmiləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər
SİYASƏT
15:27 06.02.2021
698
Azərbaycan və Türkiyə rəsmiləri daha bir sahə üzrə görüş keçirib

Azərbaycan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları arasında birgə əməkdaşlıq istiqamətlərinin müzakirəsi üzrə onlayn formatda məsləhətləşmələr keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Ölkəmizin təşəbbüsü ilə baş tutan ilk görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan və Türkiyə Milli Komissiyalarının əməkdaşları iştirak edib.

Görüşdə ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi, UNESCO çərçivəsində sıx əməkdaşlıq münasibətlərinin olduğu qeyd olunub. Bu xüsusda UNESCO mandatına daxil olan sahələr üzrə birgə əməkdaşlığın cari vəziyyəti, perspektivlərini müzakirə etmək və tədbirlər üzrə vahid plan tərtib etmək məqsədilə belə bir görüşün keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan tərəfindən tarixi, mədəni və dini irsin məhv edilməsi, çoxsaylı müharibə cinayətlərinin törədilməsi, UNESCO-nun konvensiyalarının kobud şəkildə pozulması qeyd edilib və işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri barədə məlumatların UNESCO-ya mütəmadi olaraq çatdırıldığı və ardıcıl iş aparıldığı bildirilib.

Ölkələrimizin ortaq tarixə və mədəniyyətə malik olmasını nəzərə alaraq, UNESCO çərçivəsində birgə nominasiyaların təqdim edilməsi ənənəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkələrimizin zəngin irsinin dünyada tanıdılması məqsədilə birgə səylərin mühüm olduğu qeyd edilib.

Tərəflər UNESCO mandatına aid olan sahələr üzrə geniş müzakirələr aparıb. UNESCO-nun təhsil proqramları olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkə, Kafedralar Proqramı, Assosiativ Məktəblər Şəbəkəsi çərçivəsində Azərbaycan və Türkiyənin əldə etdiyi nailiyyətlər və əməkdaşlıq perspektivlərindən danışılıb. Bundan əlavə, Yubileylər Proqramı, Yaradıcı Şəhərlər Şəbəkəsi, UNESCO Klubları, maddi və qeyri-maddi mədəni irs, təbii irs, Dünya Yaddaşı Proqramı çərçivəsində tərəfdaşlıq istiqamətləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüş zamanı gündəmdə olan məsələlər barədə konkret təkliflər səsləndirilib, gələcəkdə belə görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."