Azərbaycan yeni tarixi mərhələdə - güc, sabitlik və milli inkişaf strategiyası

Azərbaycan yeni tarixi mərhələdə - güc, sabitlik və milli inkişaf strategiyası
SİYASƏT
00:58 06.01.2026
248
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə təkcə illik siyasi-iqtisadi prioritetlərin bəyanı yox, həm də Azərbaycanın müasir dövlətçilik fəlsəfəsini formalaşdıran ideya çərçivəsinin ictimai təqdimatı kimi səciyyələndirilə bilər. 

Bu çıxışda səslənən mesajlar milli inkişaf modelinin əsas prinsip və dayaqlarını, post-münaqişə dövründə ölkənin regional mövqeyini və qlobal sistemdə özünüifadə strategiyasını ardıcıl siyasi məntiq üzərində qurulmuş şəkildə ortaya qoyur.

Müsahibənin ana xəttində ən önəmli məqam Azərbaycanın beynəlxalq münasibətlərə romantik gözləntilərlə deyil, realist güc konsepsiyası ilə daxil olmasıdır. Prezident dövlət siyasətinin əsasında beynəlxalq hüquqa formal istinad deyil, praktiki təhlükəsizlik mexanizmləri, hərtərəfli milli potensial və iqtisadi dayanıqlıq kimi faktiki dayaqların durduğunu xüsusi vurğulayır. Bu yanaşma ölkəni region proseslərinin obyekti yox, subyekti statusunda təqdim edir və Azərbaycan diplomatiyasına fəal strateji aktor mövqeyi qazandırır.

Post-münaqişə mərhələsinin şərhində sülh anlayışı sırf siyasi-hüquqi sənəd kimi deyil, uzunmüddətli sabitlik və etimad infrastrukturunun qurulması prosesi kimi təqdim olunur. Prezident İlham Əliyevin vurğuladığı sülh vizyonu təkcə təhlükəsizlik müstəvisini əhatə etmir, bu konsepsiya iqtisadi inteqrasiyanı, regional əlaqələrin rasional əməkdaşlıq formatına transformasiyasını və sosial-humanitar mühitdə yeni keyfiyyət mərhələsinin formalaşdırılmasını özündə birləşdirir. 

Beləliklə, sülh gündəliyi ölkənin daxili idarəçilik modeli ilə xarici siyasət kursu arasında strategiya sinxronluğu yaradır. İqtisadi inkişafın müsahibədə tutduğu yer xüsusi diqqət doğurur. Səsləndirilən mövqelərdən aydın görünür ki, Azərbaycanın iqtisadi modeli yalnız makroiqtisadi göstəricilərin sabitliyi ilə məhdudlaşmır. Burada əsas məqsəd maliyyə müstəqilliyinin qorunması, borclanma risklərinin minimallaşdırılması, ehtiyatların institusional səviyyədə möhkəmləndirilməsi və diversifikasiya trayektoriyasının dərinləşdirilməsidir. İqtisadi güc bu kontekstdə rifah siyasətinin aləti olmaqla yanaşı, həm də suveren siyasi qərarvermənin təminat resursu kimi qiymətləndirilir.

Sosial siyasət blokunda Prezidentin yanaşması sosial rifahın iqtisadi artımın məhsulu kimi deyil, onun strateji məqsədi kimi qurulduğunu nümayiş etdirir. Əməkhaqqı, sosial müdafiə və həssas təbəqələr üzrə atılan addımlar dövlət-cəmiyyət münasibətlərində ədalət və sosial məsuliyyət prinsipinin prioritet statusunu qoruduğunu göstərir. Bu, idarəçilikdə qərarların məntiqinin yalnız iqtisadi riyaziyyatla deyil, cəmiyyətin sosial dayanıqlığı ilə ölçüldüyünü ortaya qoyur.

Xarici siyasətə dair mesajlar Azərbaycanın qlobal güc mərkəzləri ilə münasibətlərdə praqmatik balans və maraq əsaslı tərəfdaşlıq modelinə sadiqliyini nümayiş etdirir. Bu model nə asılılıq formatına, nə də konfrontasiya xəttinə söykənir. Azərbaycan öz mövqeyini müstəqil regional lider, etibarlı tərəfdaş və stabil geosiyasi platforma kimi formalaşdırır. Enerji, nəqliyyat və təhlükəsizlik ölçüləri bu yanaşmanı daha da dərinləşdirərək ölkənin regional sistemdə strukturlaşdırıcı rolunu gücləndirir.

Müsahibənin ümumi konseptual məzmunu ondan ibarətdir ki, Prezident İlham Əliyevin çıxışı 2026-cı il üçün yalnız prioritet istiqamətlərin elan edilməsindən ibarət deyil. Bu çıxış milli dövlətçilik fəlsəfəsinin yeni mərhələ manifesti kimi təqdim olunur. Burada strateji stabilik, iqtisadi suverenlik, sosial ədalət və milli maraqlara söykənən müstəqil diplomatiya vahid siyasi məntiq daxilində birləşdirilir.

Bu kommunikasiya xətti Azərbaycan üçün post-münaqişə dövrünün siyasi kimliyini, milli güc prinsiplərinin ideoloji çərçivəsini və dövlətin uzunmüddətli inkişaf trayektoriyasını aydın şəkildə müəyyənləşdirir. Heç şuhbhəsiz ki, bu müsahibə həm daxili auditoriya üçün gücləndirilmiş siyasi sabitlik mesajıdır, həm də beynəlxalq müstəvidə Azərbaycanın məsuliyyətli, özünəinamlı və strateji yönümlü dövlət obrazını daha da möhkəmləndirir.

Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR