"Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar deyil" - Zavod direktoru

SAĞLAMLIQ
15:00 06.11.2019
5213
Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur: "Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma " şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir".

S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: "Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir".

Direktor əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.

O, əsas məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da söyləyib:

"Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:19 29.09.2020

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir

14:09 29.09.2020

Rusiya Dövlət Dumasından Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BƏYANAT

14:04 29.09.2020

Raquf Orucovun həyat yoldaşı: “Azərbaycan ordusu yeni tarix yazır”

14:03 29.09.2020

İlham Əliyev: Jurnalistlər həbsxanada ölür, siyasi müxalifət sıxışdırılır

13:57 29.09.2020

Rusiyaya aid yük maşınlarının Ermənistana keçirilməsi dayandırıldı

13:54 29.09.2020

İran XİN: “Silah aparılması üçün ölkəmizin ərazisindən istifadə edilməsinə əsla icazə vermərik”

13:44 29.09.2020

İlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”

13:40 29.09.2020

Angela Merkel İlham Əliyevə zəng edib

13:38 29.09.2020

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"

13:38 29.09.2020

Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO

13:36 29.09.2020

“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”

13:21 29.09.2020

ABŞ-da yaşayan azərbaycanlıdan Qarabağa dəstək yürüşü - VİDEO

13:18 29.09.2020

Azərbaycanlı hakerlər ermənilərin pasport məlumatlarını əldə edib

13:15 29.09.2020

Türkiyə və Almaniya XİN başçıları Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

13:13 29.09.2020

XİN və Baş Prokurorluqdan cəbhədəki düşmən təxribatı ilə bağlı birgə BƏYANAT

13:04 29.09.2020

Pakistan səfiri Azərbaycana dəstəyi Prezidentlə görüşdə də bəyan etdi - Foto

X Mostbet