Azərbaycana hansı ölkənin botoksu gətirilir? – Rəsmi açıqlama

Azərbaycana hansı ölkənin botoksu gətirilir? – Rəsmi açıqlama
SAĞLAMLIQ
10:58 30.07.2026
184
Azərbaycanda 2025-2026-cı illər ərzində yalnız Koreya Respublikası istehsalı olan botulinum toksin tip A preparatları idxal edilib.

AZXEBER.COM-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, hazırda dövlət reyestrində də yalnız Koreya Respublikası istehsalı olan bu tip dərman vasitələri qeydiyyatdan keçib:

"2026-cı ildə "Fortoks 100 Unit/vial inyeksiya məhlulu üçün liofilizə olunmuş toz” adlı preparat ölkəyə idxal olunub. Cari ilin 23 iyun tarixinədək həmin preparatdan ümumilikdə 2050 ədəd gətirilib”.

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR