Azərbaycana Zəfər şərbətini daddıran lider - Fərid Şahbazlı yazır

Azərbaycana Zəfər şərbətini daddıran lider - Fərid Şahbazlı yazır
SİYASƏT
15:34 24.12.2024
328
O, Azərbaycan xalqına çoxdan bəri "acı” olan Zəfər şərbətini daddırdı.

O, müdrik uzaqgörənlik və zərgər dəqiqliyi ilə coğrafi baxımdan bir o qədər də böyük olmayan Azərbaycanı dünyanın iqtisadi güc mərkəzlərindən birinə çevirdi.

O, siyasət aləmində "meydan sulayan” bir çox dünya liderlərinə çox incə bir tərzdə yerini göstərib, onlara master-klass keçdi.

Onun "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” ifadəsi qısa bir zamanda bir zərb-məsələ, dünyanın ayrı-ayrı ölkələrində fərqli formalarda işlədilən bir Zəfər şüarına çevrildi.

Onun rəhbərliyi altında 2022-2026-cı illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilməkdədir.

Onun liderliyi ilə Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçildi.

Onun iqtidarı dövründə 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirdi. QH pandemiya ilə mübarizədə o, qlobal lider rolunu öz üzərinə götürüb həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada COVID-19 pandemiyası ilə mübarizədə çox vacib qətnamələrin qəbul edildi.

Onun rəhbərliyi altında ötən ay bütün xarici maneələri dəf edərək Azərbaycanda BMT-nin miqyasına görə ən böyük tədbirlərindən olan COP29 baş tutdu…

Saymaqla bitməyən uğurlar məhz onun adı ilə bağlıdır.

Həmin şəxs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevdir. Adını yalnız Azərbaycan tarixinə deyil, bütün türk-müsəlman xalqlarının tarixinə qızıl hərflərlə yazdıran İlham Əliyev.

Yuxarıda deyilənlər isə onun Prezidentlik bioqrafiyasının yalnız bəzi epizodlarıdır. Həmin bioqrafiya isə cild-cild kitablara sığmayacaq dərəcədə zəngindir.

24 dekabr Prezidentimizin və Ali Baş Komandanımızın doğum günüdür. Biz də dünyanın bütün guşələrindən axıb gələn təbriklərə qoşulub, cənab İlham Əliyevi təbrik edir, Azərbaycan Respublikasının tərəqqisi, Azərbaycan xalqının firavanlığı və xoşbəxt gələcəyi naminə sağlıqlı ömür arzulayırıq!

Doğum gününüz mübarək, Cənab Prezident!

Siyasi şərhçi, Fərid Şahbazlı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
21:09 21.06.2026
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
20:52 21.06.2026
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
Dondurma alarkən nələrə diqqət edilməlidir?
20:38 21.06.2026
Dondurma alarkən nələrə diqqət edilməlidir?
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR