Azərbaycanda 18 yaşlı oğul anasının canına qıydı

Azərbaycanda 18 yaşlı oğul anasının canına qıydı
Bütün Xəbərlər
14:25 20.11.2013
1640
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlüHeydərli Heydər Bayram oğluaralarında baş verən ailə münaqişəsi zamanı anası, 1976-cı il təvəllüdlüHeydərova Məhsəti Vaqif qızını bıçaqlayıb. Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Anasını bıçaqlayan Heydər Heydərli isə evdən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR