Azərbaycanda indiyədək 359 nəfər koronavirus infeksiyasına yoluxub.
AZXEBER.COM xəbər verir ki, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.
Hazırda 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.