Azərbaycanda 9 yaşlı qız oynayarkən öldü

Azərbaycanda 9 yaşlı qız oynayarkən öldü
Bütün Xəbərlər
01:08 07.01.2013
2666
Azərbaycanın Astara rayonunda 9 yaşlı qız bədbəxt hadisənin qurbanı olub.Bu barədə Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib.

Məlumata görə, rayonun Maşxan kənd sakini, 2004-cü il təvəllüdlü Şəlalə Emin qızı Quliyeva yanvarın 6-da saat 15.00 radələrində həyətdə yelləncəkdə oynayarkən yelləncəyin ipi qəfildən boğazına dolaşaraq onu boğub. 9 yaşlı qız boğularaq ölüb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR