Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi - FOTOLAR

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi - FOTOLAR
İQTİSADİYYAT
12:55 02.03.2026
1951

"Sabah” Basketbol Klubu, "Azərlotereya” ASC, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Basketbol Hər Yerdə!” layihəsinin rəsmi açılışı olub.

AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir. Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcək.

Belə  ki, yeni yaradılmış Basketbolheryerde.az saytı vasitəsilə vətəndaşlar qeydiyyatdan keçərək basketbol meydançası üçün uyğun hesab etdikləri ərazilər barədə ətraflı məlumat təqdim edə bilərlər.

Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçularla görüşmək, onlarla eyni meydanı bölüşmək və ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Gənclər üçün təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılanıb.

Günün ən həyəcanlı anı isə 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən "Beşdə 5” müsabiqəsi olub. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, "Azərlotereya” ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir. Şirkət, eyni zamanda, "Sabah” Basketbol Klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Argentina 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq verəcək
21:30 02.10.2026
Argentina 350 min dollardan başlayan investisiya qarşılığında vətəndaşlıq verəcək
“Kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinə imkan vermirik” - Deputat
21:23 02.10.2026
“Kənar qüvvələrin daxili işlərimizə müdaxiləsinə imkan vermirik” - Deputat
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
21:16 02.10.2026
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
21:10 02.10.2026
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
"Dawn": Hindistan sərhədçilərinin atdığı atəş nəticəsində 2 pakistanlı ölüb
21:04 02.10.2026
"Dawn": Hindistan sərhədçilərinin atdığı atəş nəticəsində 2 pakistanlı ölüb
Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb
20:57 02.10.2026
Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb
Boris Nemtsovun qızı Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
20:53 02.10.2026
Boris Nemtsovun qızı Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Sevgi və pulla bağlı 2 bürcə şad xəbər
20:45 02.10.2026
Sevgi və pulla bağlı 2 bürcə şad xəbər
Ulduz futbolçu "Barselona"ya qayıtmağı arzulayır
20:40 02.10.2026
Ulduz futbolçu "Barselona"ya qayıtmağı arzulayır
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünü vurub
20:34 02.10.2026
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünü vurub
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
20:29 02.10.2026
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
20:21 02.10.2026
Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
20:14 02.10.2026
Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
İrəvanda atışma olub, xəsarət alan var
20:08 02.10.2026
İrəvanda atışma olub, xəsarət alan var
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
20:01 02.10.2026
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir
20:00 02.10.2026
İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir