Azərbaycanda daha bir orta əsr yaşayış məskəni tapıldı - FOTOLAR

Azərbaycanda daha bir orta əsr yaşayış məskəni tapıldı - FOTOLAR
Bütün Xəbərlər
08:06 09.04.2013
1577
Salyan-Neftçala şose yolunun 6-cı km-də, Neftçala rayonunun Pirəppə kəndi yaxınlığında, Kür çayının sol sahilində XIII əsrin sonu - XIV əsrin əvvəllərinə aid yaşayış məskəni aşkar edilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi tarix ürzə fəlsəfə doktoru Anar Ağalarzadənin ANS PRESS-ə verdiyi məlumata görə, yaşayış məskəni təxminən 0,5 ha ərazini əhatə etməklə 1-1,5 m qalınlığında mədəni təbəqəyə malikdir. AMEA əməkdaşı təəssüflə qeyd edir ki, abidənin cənub-qərb tərəfdən böyük bir hissəsi Kür çayının qolu keçən hissənin altında qalaraq dağılır.Yerli sakinlərin məlumatına görə yay aylarında çayın səviyyəsinin kəskin şəkildə aşağı enməsi ilə abidənin çoxlu sayda arxeoloji materialları üzə çıxır. Yaşayış yerinin mədəni təbəqəsində bişmiş kərpic qalıqları, ocaq qalıqları, şirli və şirsiz saxsı məmulatı, şüşə məmulatı, osteoloji (heyvan) sümükləri və s. aşkar edilib. Şirsiz saxsı məmulatı qum tərkibli gildən zəif bişirilmiş, qonur və boz-qonur rəngli saxsı qazanlardan, şirli saxsı məmulatı isə polixrom naxışlı, anqoblu vaza, boşqab və kasa tipli qablardan ibarətdir. Şüşə məmulatı içərisində göy rəngli, burma üsulunda hazırlanmış qolbaqlar üstünlük təşkil edir.Müqayisəli təhlillər əsasında abidəni XIII əsrin sonu – bütünlüklə XIV əsrə aid etmək olar. Lakin daha dəqiq nəticələr aparılacaq arxeoloji qazıntılardan sonra məlum ola bilər.
OXŞAR XƏBƏRLƏR