Azərbaycanda daha bir yol bağlanır - FOTOLAR

Azərbaycanda daha bir yol bağlanır - FOTOLAR
Bütün Xəbərlər
14:14 23.04.2013
1026
Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 9-cu km-də Kür çayı üzərindəki körpüdə asfalt-beton örtüyünün qoyulması ilə əlaqədar aprelin 24-dən 27-dək 3 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən verilən məlumata görə, sürücülər alternativ yol kimi Sabirabad-Surra-Padar avtomobil yolundan istifadə edə bilərlər.
Hava şəraiti normal keçərsə, işlərin qeyd olunan vaxtda başa çatdırılması nəzərdə tutulub.//APA
OXŞAR XƏBƏRLƏR