Azərbaycanda dəhşətli hadisə: Evə gec qayıdan aparıcı əri tərəfindən öldürüldü

Azərbaycanda dəhşətli hadisə: Evə gec qayıdan aparıcı əri tərəfindən öldürüldü
SOSİAL
10:13 27.01.2022
2634
Ötən il iyulun 25-nə keçən gecə Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Nərgiz Mustafayevanın əri, 1983-cü il təvəllüdlü Aqil Mustafayev tərəfindən öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Törətdiyi cinayət əməli ilə bağlı ifadə verən A.Mustafayev Bərdədə xınayaxdı evində aparıcı işləyən həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürdüyünü bildirib. 

Belə ki, təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində evdə olarkən xnayaxdı mərasimlərində aparıcılıq edən həyat yoldaşının işdən qayıtmadığını görüb onun mobil telefonuna zəng edib. Bu zaman xanımının telefonun məşğul olduğunu görən Aqil təkrar zəng etdikdə isə telefonun söndürüldüyünü görüb əsəbləşib. Həmin vaxt Nərgiz Mustafayeva həyat yoldaşına geri zəng edərək Tərtər rayonunda təşkil edilən xnayaxdı mərasimində aparıcılıq edərkən polis əməkdaşlarının gəldiyini, işlədiyi xna evinin sahibinin isə onun telefonu ilə danışdığını bildirib. Bu zaman A.Mustafayev Nərgiz Mustafayevadan təcili evə gəlməsini tələb edib. 

Bundan sonra A.Mustafayev 2016-cı il təvəllüdlü oğlunu evin ikinci mərtəbəsində yerləşən yataq otağında yatızdırıb və 25 iyul 2021-ci il tarixdə, saat 01 radələrində yaşadığı evin qarşısında avtomobilin dayandığını eşidib gələnin Nərgiz Müstafayeva olduğunu güman edərək sonuncunun hərəkətlərini şübhəli hesab edib ona xəyanət etməsini ehtimal edərək Nərgiz Mustafayevanı qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək yataq otağında Nərgiz Mustafayevanın çarpayısının sağ tərəfində olan uşaq çarpayısının altında gizlənib cinayətin törədilməsi üçün uyğun zaman və şəraiti gözləyib. Nərgiz Mustafayevanın otağın qapısını açaraq mobil telefonla sakit səslə danışdığını, daha sonra telefonunu qapının yanındakı masanın üzərinə qoyduğunu və paltarlarını dəyişib çarpayıda uzandığı müşahidə edən Aqil gizləndiyi yerdən qəfil çıxaraq Nərgiz Mustafayevaya hücum edib. O, həyat yoldaşını boğaraq qətlə yetirib.


Məhkəmədə ifadə verən xnayaxdı evinin sahibəsi onun işçisi olan və tədbirlərdə aparıcılıq edən Nərgiz Mustafayevanın heç vaxt ailəsinə xəyanət etmədiyini, bəzi hallarda xna mərasimləri gec başa çatdığı üçün evə gec getdiyini bildirib. O, hadisə baş verən gün özünün restoran sahibi olan şəxslə Nərgizə məxsus telefonla danışdığını bildirib.

Qeyd edək ki, hadisədən 2 ay əvvəl N.Mustafayeva övladını götürərək atasının evinə gedib orada yaşamağa başlayıb və həyat yoldaşından boşanacağını bildirib. Hadisə də N.Mustafayevanın ata evində baş verib. Belə ki, övladını həmin evə gətirən Aqil daha sonra cinayət əməlini törətmək üçün uyğun vaxt gözləyib. Həmin vaxt Nərgizin anası Aqildən qorxduğunu, Nərgizə ehtiyatlı olmasını desə də, evə gec gələn N.Mustafayeva ona narahat olmamağı bildirib. Bir qədər pilləkəndə oturub qızı ilə kürəkəninin olduğu otağı müşahidə edən qadın daha sonra heç bir səs-küy olmadığını görərək yatmağa gedib. Gecə saat 5 radələrində isə Aqil onlara zəng edərək Nərgizi qətlə yetirdiyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda Aqil Mustafayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan mərumetmə cəzasına və cəzasını ciddi rejimli müəssisədə çəkməyə məhkum edilib.
 
///Publika.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"