Azərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMA

Azərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMA
SOSİAL
22:15 11.09.2019
12344
"Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də "Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb".

AZXEBER.COM xəbər verir ki, bunu virtualaz.org-a sosial şəbəkələrdə Azərbaycanda "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlara münasibət bildirən Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

"Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində "Əxlaq Polisi" strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”, - deyə E.Zahidov vurğulayıb.

DİN rəsmisi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulmuş vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident bu Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
13:52 26.10.2026
Prezident bu Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi - MƏTN
13:46 26.10.2026
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi - MƏTN
Ermənistan azaraq sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib
13:44 26.10.2026
Ermənistan azaraq sərhədi keçmiş Azərbaycan vətəndaşını Bakıya təhvil verib
Ailədən ayrı yaşamaq üçün nə qədər maaş lazımdır? – ARAŞDIRMA
13:43 26.10.2026
Ailədən ayrı yaşamaq üçün nə qədər maaş lazımdır? – ARAŞDIRMA
Oktay Saral açıqlama yaydı: "Nəyin bahasına olursa-olsun..."
13:37 26.10.2026
Oktay Saral açıqlama yaydı: "Nəyin bahasına olursa-olsun..."
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM
13:32 26.10.2026
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM
İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
13:27 26.10.2026
İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
12:59 26.10.2026
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
12:50 26.10.2026
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi