Bu səhər saat 5 radələrində Xaçmaz şəhərində vətəndaşa məxsus iki mərtəbəli evdə yanğın olub.AZXEBER.COM-un Fövqaladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hər mərtəbəsi 110 kv.m olan ikimərtəbəli səkkiz otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası və ev əşyaları 16 kv.m sahədə yanıb.