Azərbaycanda ilk dəfə: Yeni növ YDM-lər - FOTO/VİDEO

Azərbaycanda ilk dəfə: Yeni növ YDM-lər - FOTO/VİDEO
İQTİSADİYYAT
15:01 29.05.2015
2327
İlk Avropa Oyunları üçün fəaliyyətə başlayan depodakı avtobuslar yanacaqla təmin ediləcəkAzərbaycanda yeni yanacaq növü olan sıxılmış təbii qaz (CNG - Compressed Natural Gas) adlandırılan yanacağın istehsalı və satışı məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR-CNG” MMC adlı törəmə müəssisəsi yaradılıb."Report"un məlumatına görə, açılacaq CNG stansiyaları vətəndaşlar üçün həm yeni iş yerləri, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadə etmək baxımından əhəmiyyətlidir."SOCAR-CNG” MMC-nin birinci layihəsi və müvafiq olaraq birinci qazdoldurma kompressor stansiyası yeni yaradılan “BakuBus” MMC-yə məxsus olan Zığ avtobus parkının yaxınlığında inşa olunub. Məhz bu stansiyada ilk Avropa Oyunları üçün fəaliyyətə başlayan depodakı avtobuslar yanacaqla təmin ediləcək. Stansiyada 4 saat ərzində 300 avtobusu yanacaqla (təxmini 50 min kubmetr) təmin etmək mümkündür.Ümumi ərazisi 1,3 hektar olan Zığ stansiyasında İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.Avropada ilk dəfə “Birləşmiş Qablar” metodu ilə işləyən texnoloji dizayn Zığ qazdoldurma stansiyasında tətbiq edilib və burada maye qaz kompressorlarda 200-250 bar təzyiqlə sıxlaşdırılır. Sıxılmış qazın maye qazdan (LPG) fərqi onun soyutma olmadan qaz halında çənə vurulması imkanındadır. Sıxılmış qazın tərkibindəki əsas maddələr isə metan, etan, butan və propandır: metan - 75-90%, etan - 5-15%, propan - 5%, butan - 5% olduğu halda, yanacağın oktanı təxminən 120-125-dir.Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin KİV-ə verdiyi məlumata görə, gələcəkdə CNG stansiyalarının sayının artılaraq ölkə üzrə hər 180 km-dən bir quraşdırılması nəzərdə tutulur.Ənənəvi yanacaq növlərindən fərqli olaraq CNG-nin istifadəsi zamanı dəm qazı tullantıları 90% azdır. Onun tərkibində azot (N) və kükürd (S) olmadığı üçün təhlükəli NO və SO tullantıları olmur və yaxud sıfıra yaxındır.CNG-dən təyyarə, gəmi, ağır yük avtomobilləri kimi hər tip nəqliyyatda istifadə edilə bilər. Dünyada CNG-dən ən çox nəqliyyatda istifadə olunur və təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasıyasının son illər üçün məlumatına görə təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı ikirəqəmli əmsalla artıb.Qeyd edək ki, CNG-nin ən çox istifadə edildiyi ölkələr sırasında İran, Pakistan, Argentina, Braziliya, Çin, Hindistan, İtalya və s. var, dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı isə 20 mln.-a yaxındır.Qaynar.info
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi