Azərbaycanda işdən çıxarılan deputat danışdı

SİYASƏT
17:40 09.05.2013
3107

Bir neçə gün öncə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Ayaz Orucovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat vermişdik. 

Buna səbəb kimi A.Orucovla baş nazirin müavini, “Qaçqınkom”un sədri arasında anlaşılmazlıq olduğu göstərilmişdi. Məsələ ilə bağlı deputatla əlaqə saxlayıb hadisənin təfərrüatını öyrənməyə çalışdıq. O, Modern.az saytına açıqlamasında qeyd etdi ki, səhhəti ilə bağlı müalicəyə ehtiyac var: “Mənim tutduğum vəzifə isə elə bir işdir ki, hər an işinin üstündə olmalısan. Həftədə bir neçe dəfə rayonlara getməli, işə birbaşa nəzarət etməlisən. Buna isə sağlamlığım imkan vermirdi. Ona görə də öz istəyimlə işdən çıxmaqla bağlı rəhbərliyə müraciət etdim. Təşəkkür edirəm ki, mənim müraciətimə müsbət cavab verildi. Burada başqa səbəb olmayıb və bu məsələ barədə yayılmış məlumatlar doğru deyil”.

OXŞAR XƏBƏRLƏR