Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
SİYASƏT
20:39 25.06.2026
170
Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə "X” hesabında yazıb.

"Venesuela hökuməti Azərbaycan Respublikası tərəfindən xalqımıza ünvanlanan başsağlığı və həmrəylik mesajına görə minnətdarlığını bildirir”, - nazir bildirib.

Qeyd edək ki, Venesuelada baş verən zəlzələ nəticəsində azı 164 nəfər ölüb, 1000-ə yaxın insan yaralanıb.
OXŞAR XƏBƏRLƏR