Azərbaycanda körpə həkim səhvinin qurbanı oldu

Azərbaycanda körpə həkim səhvinin qurbanı oldu
Bütün Xəbərlər
16:01 21.07.2014
646
Azərbaycanda daha bir yeni doğulmuş uşaq ölümü qeydə alınıb.Hadisə iyulun 19-da Ağdam Mərkəzi rayon Xəstəxanasında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilib.Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmayıb: “Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: “Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.F.Səfərov həmçinin qeyd edib ki, ananın vəziyyəti normaldır, xəstəxanadan çıxarılıb.Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova isə açıqlamasında bildirib ki, Aynur Səfərovanın ailəsi məcburən, həkimlərin icazəsi olmadan uşaqları xəstəxanadan çıxarıb: “1 kq və 1 kq 200 qram çəkidə doğulan uşaqlar idi. Yarımçıq doğuş idi. Onların yaşamaq şansı çox az idi. Ona görə də o uşaqların nə Bərdəyə, nə də Bakıya aparılmasına icazə vermirdik. Bizim xəstəxanada küveyz var. Uşağın ikisi də küveyzə qoyulmuşdu. Lakin uşaqların qohumları təkid edirdi ki, uşaqları Bərdəyə aparırıq”.G.Səfərova əlavə edib ki, A.Səfərova hamiləliyi dövründə onların xəstəxanasında müalicədə olunmayıb: “Aynur Səfərova bizim xəstəxananın ərazisində yaşasa da, 7-ci ayına qədər Bərdədə müalicə olunub. Buna baxmayaraq, xəstəxanaya gətiriləndə biz onu qəbul etdik, gec saatlarda olmasına baxmayaraq, həkimi Tərtərdən geri qaytardım. Ana xəstəxanaya ağrıları başlamış vəziyyətdə gətirilmişdi. Biz ona sevindik ki, əsas ana xilas oldu. Çünki çox çətin vəziyyətdə idi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir