Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər

Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
SOSİAL
22:59 13.09.2026
864
Azərbaycanda avtomobillərin sayı sürətlə artır. 2025-ci ilin yekunlarına görə, ölkədə avtomobillərin ümumi sayı 1 milyon 934 min 598-ə çatıb. Son beş ildə isə avtomobil parkı 31,3 faiz böyüyüb.

Bəs avtomobillərin sayındakı bu artım hansı həddə qədər davam edə bilər? Şəhərin yol və parklanma infrastrukturu artan nəqliyyat yükünü qarşılamağa hazırdırmı?

AZXEBER.COM  mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Avtomobilim varsa, mütləq onunla getməliyəm" düşüncəsi

Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, ölkəyə hər il 100 mindən çox nəqliyyat vasitəsinin daxil olması və onların böyük hissəsinin Bakıda cəmləşməsi paytaxtda nəqliyyat sıxlığının və tıxacların artmasına səbəb olur: "Əslində, avtomobillərin sayının artması təbii prosesdir. Mövcud vəziyyəti inkişaf etmiş ölkələrlə müqayisə etsək, 10 milyonluq əhalimizə təxminən 2 milyon avtomobil düşür ki, bu da hər 5 nəfərə bir nəqliyyat vasitəsi deməkdir. Almaniya kimi ölkələrdə isə hər iki nəfərə bir avtomobil düşür. Yəni qlobal mənzərə ilə müqayisədə Azərbaycanda avtomobilləşmə səviyyəsi o qədər də yüksək deyil. Bizdə əsas problem insanların nəqliyyatdan istifadə vərdişləri ilə bağlıdır. Xüsusilə Bakı kimi böyük şəhərlərdə şəxsi avtomobili olan insanlar ən qısa məsafələrə belə avtomobillə getməyə üstünlük verirlər. Cəmiyyətdə "avtomobilim varsa, mütləq onunla getməliyəm" düşüncəsi formalaşıb. Tıxac və parklanma probleminin əsas səbəblərindən biri də məhz bu yanaşmadır".

"Tıxac və parklanma kimi problemlər kəskinləşə bilər"

Y.Mustafayev bildirdi ki, hazırda şəhərdə avtobus zolaqlarının yaradılması və mikromobillik infrastrukturunun, o cümlədən velosiped yollarının inkişaf etdirilməsi problemin həllinə yönəlmiş addımlardandır. Vətəndaşların da bu alternativlərdən daha fəal istifadə etməsi vacibdir: "Digər ölkələrin təcrübəsi göstərir ki, avtomobillərin sayı yüksək olsa belə, insanların gündəlik hərəkətlərində ictimai nəqliyyata və mikromobillik vasitələrinə üstünlük verməsi şəhərlərdə nəqliyyat yükünü azaltmağa imkan verir. Təbii ki, nəqliyyat vasitələrinin sayı artdıqca tıxac və parklanma yerlərinin çatışmazlığı kimi problemlər də kəskinləşə bilər. Düşünürəm ki, zaman keçdikcə bu çətinliklər insanların nəqliyyatdan istifadə vərdişlərinə də təsir göstərəcək. Tıxac və sıxlıq probleminin həlli avtomobil almağın qarşısını almaqdan deyil, şəxsi avtomobildən istifadəyə alternativlərin yaradılmasından keçir. Çünki avtomobil almaq istəyən vətəndaşa sadəcə "avtomobil alma" demək mümkün deyil".

"Proses qarşıdakı illərdə də davam edəcək"

Nəqliyyat eksperti Adil Nəbiyev də düşünür ki, son beş ildə avtomobil parkının 31,3 faiz böyüməsi kifayət qədər yüksək göstəricidir və bunu sadəcə təbii avtomobilləşmə kimi qiymətləndirmək düzgün olmaz: "2025-ci ilin yekununda avtomobillərin ümumi sayının 1 milyon 934 min 598-ə çatması onu göstərir ki, ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisində nəqliyyat tələbatı sürətlə artır. Avtomobil sayının artması özlüyündə mənfi hal deyil. Problem avtomobillərin sayının artım tempi ilə şəhərin yol-nəqliyyat sisteminin inkişaf tempi arasında ciddi fərq yarandıqda başlayır. Qarşıdakı illərdə də ölkədə avtomobillərin sayının artması davam edəcək. Bakı və ətraf ərazilərdə yaşayış massivlərinin genişlənməsi, insanların iş, təhsil və digər gündəlik səfərlərinin məsafəsinin uzanması, ailələrin ikinci avtomobil almağa meyillənməsi bu prosesi sürətləndirir. Eləcə də bəzi istiqamətlərdə ictimai nəqliyyatın şəxsi avtomobilə tam alternativ ola bilməməsi böyük rol oynayır. Xüsusilə şəhərətrafı qəsəbələrdən Bakının mərkəzinə gündəlik gələn insanlar üçün sürətli, rahat və proqnozlaşdırıla bilən ictimai nəqliyyat imkanları kifayət etmədikdə şəxsi avtomobil zərurətə çevrilir".

Bu tendensiya qarşılanmazsa…

A.Nəbiyev bildirdi ki, Bakı kimi artıq formalaşmış şəhərdə davamlı şəkildə yeni yollar tikmək və mövcud yolları genişləndirmək fiziki olaraq mümkün deyil: "Şəhərin ərazisi məhduddur, yolların hər iki tərəfində yaşayış və kommersiya obyektləri var. Bəzi yolların genişləndirilməsi müəyyən müddətdən sonra əlavə avtomobil axını yaradaraq həmin infrastrukturun yenidən yüklənməsinə gətirib çıxarır. Buna görə də problemi yalnız yeni körpü və tunellərin tikintisi ilə həll etmək olmaz. Əsas məqsəd mövcud yol sahəsindən daha səmərəli istifadə etmək, avtobusların hərəkət intervalını azaltmaq, şəhərətrafı dəmir yolu və metro imkanlarını genişləndirmək, həmçinin müxtəlif nəqliyyat növləri arasında rahat keçid yaratmaq olmalıdır. Bu tendensiya qarşılanmazsa, bizi sadəcə tıxac deyil, orta hərəkət sürətinin düşməsi, vaxt itkisi, yanacaq sərfiyyatının artması və nəticədə böyük iqtisadi itkilər gözləyir".

Ekspertin sözlərinə görə, digər ciddi böhran parklanma ilə bağlıdır. Avtomobil sayının artması həm yaşayış məhəllələrində, həm də şəhər mərkəzində dayanacaq tələbatını kəskin yüksəldir: "Lakin çıxış yolu şəhərin hər küçəsini avtomobil dayanacağına çevirmək deyil. Çünki daha çox parklanma yeri yaratdıqca, həmin ərazilərə daha çox avtomobil cəlb etmək riski yaranır. Çoxmərtəbəli və yeraltı dayanacaqların yaradılması, qanunsuz parklanmanın qarşısının alınması və ictimai nəqliyyat qovşaqlarının yaxınlığında avtomobili saxlayıb səfəri avtobus və ya metro ilə davam etdirməyə imkan verən dayanacaq sistemlərinin inkişaf etdirilməsi vacibdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
15:24 29.10.2026
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
15:19 29.10.2026
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
15:16 29.10.2026
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
Qan qruplarına görə insan xasiyyəti
15:10 29.10.2026
Qan qruplarına görə insan xasiyyəti
Fələstin Prezidenti Kipr Respublikasına səfərə getdi
15:04 29.10.2026
Fələstin Prezidenti Kipr Respublikasına səfərə getdi
Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadə edənləri hansı cəza gözləyir? - AÇIQLAMA
15:03 29.10.2026
Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadə edənləri hansı cəza gözləyir? - AÇIQLAMA
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
14:47 29.10.2026
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Misir Mərdanovdan jurnalistlərə dəstək gəldi: "Qəti qəbulolunmazdır"
14:36 29.10.2026
Misir Mərdanovdan jurnalistlərə dəstək gəldi: "Qəti qəbulolunmazdır"
Gündəlik həyatda ən böyük probleminiz nədir? – VİDEOSORĞU
14:25 29.10.2026
Gündəlik həyatda ən böyük probleminiz nədir? – VİDEOSORĞU