Azərbaycanda məhkəmə sədri özü-özünə etiraz etdi

Azərbaycanda məhkəmə sədri özü-özünə etiraz etdi
SOSİAL
10:38 16.03.2022
372
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sənan Abdullayev və İlqar Atayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəmə prosesinə sədrlik edən hakim Rəşad Əliyev özü-özünə etiraz edib.

O, etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslərdən biri ilə onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətləri olduğundan, yekun qərar qeyri-obyektiv kimi qiymətləndirilə bilər.

Etiraz təmin olunub, cinayət işinin başqa ağır cinayətlər məhkəməsinə göndərilməsi barədə məhkəmə aktı qəbul edilib. Belə ki, cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlu 2021-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə S.Abdullayevin "Youtube” sosial şəbəkəsində yaratdığı "Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İ.Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları videoçarxlar formasında yaymasına, həmin videoçarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-in vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilən sübutlar əsasında S.Abdullayev və İ.Atayevə Cinayət Məcəlləsinin 182.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (Təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışır.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi