Azərbaycanda məktəblər 2 gün tez bağlanacaq

Azərbaycanda məktəblər 2 gün tez bağlanacaq
SOSİAL
11:43 26.05.2026
842
Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində bu il dərs ili 2 gün tez başa çatacaq.

AZXEBER.COM xəbər verir ki, iyun ayının 13-ü şənbə, 14-ü isə bazar gününə təsadüf etdiyindən sonuncu dərs günü iyunun 12-si olacaq.

Qeyd edək ki, ölkədə dərs ili ənənəvi olaraq sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Bu il isə qeyri-iş günlərinin dərs ilinin sonuna düşməsi səbəbindən şagirdlər yay tətilinə 2 gün daha tez çıxacaqlar.

OXŞAR XƏBƏRLƏR