Azərbaycanda 'Musiqili Olimp' festivalı keçiriləcək

Azərbaycanda
MƏDƏNİYYƏT
20:11 26.07.2012
1971
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Musiqili Olimp” festivalı keçiriləcək. AZXEBER.COM-un məlumatına görə, Üzeyir Hacıbəyli adına 3-cü Beynəlxalq Musiqi Festivalı tərkibində təşkil edilən bu beynəlxalq klassik musiqi konserti 18-21 sentyabrda Bakı Dövlət Filarmoniyasında və sentyabrın 20-də isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.“Musiqili Olimp” festivalı ilə Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalının birgə təşkili ideyası məşhur dirijor Eyyub Quliyevin (2010-cu ildə İtaliyanın Parma şəhərində keçirilən A.Toskanini adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin qalibi, I dərəcəli C.Sinopoli mükafatı laureatı) təşəbbüsü əsasında irəli sürülüb. Azərbaycanda baş tutacaq “Musiqili Olimp” festivalında bir sıra tanınmış sənətkarlar iştirak edəcəklər: Solen Paydassi (Fransa), M.Lonq və J.Tibo adına Beynəlxalq Dirijorlar müsabiqəsinin I dərəcəli mükafatı laureatı, 2010; Signum saksofonçular kvarteti (Almaniya), Beynəlxalq Musiqi Müsabiqəsinin (TİM) I dərəcəli mükafatı laureatı, Verona, (İtaliya), 2010; Аşu (ABŞ), The International Salon de Virtuosi Career (Nyu York, ABŞ) müsabiqəsinin qalibi (2008), Kristof Kruaze (İsveçrə), IBLA Grand Prize Beynəlxalq Müsabiqəsinin Qran-Pri sahibi, Roquza, Siciliya (İtaliya) 2010; İlya Maksimov (Rusiya), M.Kanals adına Beynəlxalq Pianoçular müsabiqəsinin II dərəcəli mükafatı laureatı, Barselona (İspaniya), 2008. Konsertdə həmçinin Eyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri də çıxış edəcək. Festivalın solistlərinin proqramına S.Prokofyev, A.Dvorjakov, S.Barbera, B.Bartoka, J.İbera, A.Pyatsola, P.Çaykovskiy, S.Raxmaninovun əsərləri daxil edilib. “Musiqili Olimp” Fondunun Prezidenti İrina Nikitinanın sözlərinə görə, bu festival əslində klassik musiqinin gələcəyinin özünəməxsus anonsudur. “Bu il ilk dəfə olaraq festival konsert proqramı ilə Azərbaycana gəlir və bu, festivalın nüfuzunun beynəlxalq səviyyədə artmasına işarə edir. Ümid edirik ki, bu festival Nyu-Yorkun Karnegi-hol zalında, Sürixdə, Berlin Filarmoniyasında, Sinqapurun Esplanad konsert zalında keçirilən tədbirlər kimi bizim solistlərin də iştirak etdiyi ənənəvi beynəlxalq musiqi tədbirinə çevriləcək”. 1995-ci ildə Rusiyada yaradılan və hər il keçirilən “Musiqi Olimp”i festivalında adətən klassik musiqi elitasının gənc nümayəndələri iştirak edir. Dünya klassik musiqi tənqidçilərinin yüksək rəyini almış bu festival neçə ildir ki, beynəlxalq layihə kimi tanınır və musiqi sahəsində qloballaşmanın parlaq nümunəsinə çevrilib. Festivalın əsas məqsədi milli mənsubiyyətindən asılı olmayaraq peşəkar və istedadlı gənc musiqiçilərin yaradıcılıq karyeralarına dəstək olmaqdır. Bu festivalda ancaq nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri iştirak edirlər. Festivalın 17 illik tarixi müddətində 40 ölkədən 400-dən artıq gənc ifaçılar iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq